Yeni kitablar » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Yeni kitablar


    “Dinlə mənim qəlbimi”
     
    “Kövsər” mətbəəsində çapdan çıxmış “Dinlə mənim qəlbimi” kitabın müəllifi incə duyğulu şair-publisist Sülhiyyə Tağızadədir. Bu, onun ikinci kitabıdır ki, işıq üzü görür.

    Müəllif kitabı Məhsəti Gəncəvinin

    Bu dünya bir şirin kuzəyə bənzər,

    Suyu gah şirindir, gah da ki zəhər. 

    -Kövrək misraları ilə başlayır. Bu, oxucunu müəllifin həyatda çətin anlar yaşamaq anlamına gətirir. Sülhiyyə xanım ömür yolunun eniş-yoxuşu barədə özü oxucuya bilgilər verir. Yazır ki, uşaq ikən atamı itirmişəm, demək olar ki, üzünü görməmişəm, ata nəfəsini duymamış, nəvazişlərinə həsrət qalmışam. Lənkəranda doğulsam da atamın ölümündən sonra Gülgəz ana məni Masallı şəhərinə gətirib. Uşaqlıq, gənclik illərim bu şəhərlə bağlıdır.Buradakı N.Nərimanov adına 2 nömrəli orta məktəbi bitirmişəm.

    Sülhiyyə xanım sonralar Bakı Plan-İqtisad texnikumunda təhsil alıb, lakin anasının xəstə olduğunu eşidib rayona qayıdıb.

    Müəllif ilk kitabı “Bir palıd və onun iki budağı”nda ömür yolundakı narahatlığı ilə bağlı oxucuları ətraflı tanış edir və təəssüflə yazırdı:

    Görənlər bəxtəvər bildilər məni,

    İçim məni yedi, çölüm özgəni.

    Dəyişik salmışam günü, həftəni,

    Karvan getdi, sən gecikdin, Sülhiyyə.

    Kitabı oxuduqca görmək olur ki, Sülhiyyə xanım həyatı öyrənən, hadisələri yaddaşında möhkəm saxlayıb, sonra fikirlərini ağ vərəqlərə səpən yazardır.O, insanların çətin durumundan narahat olan, onların həyat burulğanında mənəvi cəhətdən əzilən məqamlarına biganə qalmır:

    Övladlarım bir-bir tərk etdi məni,

    Həyatın zərbəsi məhv etdi məni,

    Şair dostlarım da yad etdi məni,

    Canım yanıb-yanıb kül oldu, Allah.

    Müəllif ailəsi, dostları, tanışlarını unutmur. Onların hər biri barədə oxucuya məlumat verir. Povestə bənzəyən xatirələrində onun bütün həyatı, xarakteri, insanlara münasibəti – sədaqət, etibar, dəyanət, sözübütövlük özünü göstərir.

    Sülhiyyənin qələmə aldığı esselərdə hiss, həyəcan oxucunu düşündürür. Bu, xüsusilə orta məktəbdə ona dərs vermiş müəllimlər haqqında yazdığı esselərdə daha təsirlidir.

     

    Dünyanın sirrini öyrəndim ondan,

    Nə tez ötdü günlər, zaman yetişdi.

    Son dəfə görüşüb ayrıldım səndən,

    Bax, “Son zəng” çalındı , məqam yetişdi.

     

    Müəllifin dünya, Vətən haqqındakı şeirlərində də sadəlik, lakoniklik özünü biruzə verir. 2019-cu ildə qardaş Türkiyədə olsa da Vətən deyib qələmə sarılır.

    Asan deyil səndən ayrı,

    Yad ölkədə ömür sürmək.

    Yaşamaram səndən ayrı,

    Qucağında ölüm, Vətən.

    Sülhiyyə xanımın şair dostları da onun kövrəkliyini, sadəliyini, etibarını unutmurlar. Həmyerlimiz mərhum şair Qulu Vəcioğlu onun 55 illiyinə yazdığı şeirində xoş, səmimi münasibəti oxucuda ətirli duyğular yaradır:

    Ürək açır qələminin qüdrəti,

    Dalğa-dalğa yayılır şan-şöhrəti,

    Salatın tək bayraq edib qeyrəti,

    Pişvazına gül-çiçəklə gəlmişəm.

    Ömrünün 60-na əlvida deyən Sülhiyyə xanım bu gün də yazıb yaradır. Dövri mətbuatda esseləri, hekayə və şeirləri çap olunur. Biz də narahat şairəyə qəlb rahatlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

     

    Südabə Məmmədova,           
    AJB-nin üzvü.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:52 Allah rəhmət eləsin
    2. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    3. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 10:25 Bələdiyyə sədri
    5. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    6. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    7. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    8. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    9. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    11. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    12. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    13. 14:35 Yeni şeirlər
    14. 10:59 Perspektivli idmançıların aşkarlanması
    15. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    16. 15:56 100 illik ömrün işığı
    17. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    18. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    19. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    20. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    21. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    22. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    23. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    24. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    26. 14:19 QANLI YANVAR
    27. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    29. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    30. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    31. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    32. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    33. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    34. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    35. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    37. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    38. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    39. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    40. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ