119 seçki dairəsi üzrə seçki məntəqələrində veb-kameralar quraşdırılıb
- 1-02-2024, 16:22
- Maraqlı
- 0
- 125
Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Secki-2024.azsaytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
O qeyd edib ki, əvvəlki illərdəki təcrübəyə sadiq qalaraq, 119 seçki dairəsi üzrə seçki məntəqələrindəki prosesləri izləmək məqsədilə veb-kameralar quraşdırılıb.
“Bu dəfə həmin 1 000 məntəqədə yerləşdirilən kameraların həm görüntü almaq qabiliyyəti, həm proqram təminatı yaxşılaşdırılıb.
Səsvermə günü prosesin internet üzərindən onlayn izlənməsi həyata keçiriləcək”.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az