Seçkiləri işıqlandırmaq üçün 119 jurnalist qeydiyyatdan keçib
- 1-02-2024, 16:25
- Siyasət
- 0
- 127
Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az