Xalq Qalib Liderini seçməklə bütün dünyaya mesaj göndərdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalq Qalib Liderini seçməklə bütün dünyaya mesaj göndərdi

    Xalq Qalib Liderini seçməklə bütün dünyaya mesaj göndərdi


             
    Xalqın iradəsinə əsaslanmadan güclü dövlət və demokratik cəmiyyət formalaşdırmaq mümkün deyil. Müstəqil Azərbaycan 20 ildir ki  xalqımızın müdrik seçiminin xoşbəxtliyini yaşayır. Biz arzuladığımız qüdrətli və nüfuzlu dövlətin vətəndaşları kimi haqlı olaraq ölkəmizlə fəxr edirik. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri quruldu və səsvermə hüququ olan hər kəs bu prosesdə həvəslə iştirak etdi. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərirdi. 122 saylı Xankəndi Seçki Dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsi isə ərazi bütövlüyümüzün təcəssümü idi. Məhz İlham Əliyevin və ailə üzvlərinin bu məntəqədə səsverməyə qoşulması Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini bir daha özündə ehtiva edirdi.
               
    Möhtərəm Prezidendimiz Milli Məclisdə andiçmə mərasimində soylədiyi kimi:”Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
             
    Bəli Dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi illər ərzində bəyan etdiyi platformaya sadiq qaldı, dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının prezidenti oldu.Prezident İlham Əliyev son 20 ildə dövlətimiz üçün ciddi sınaq olan Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması istiqamətində yorulmadan çalışdı. Azərbaycan lideri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz prinsipial mövqeyini bildirdi. “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyərək xalqımıza ümid, güc verdi. İkinci Qarabağ müharibəsində erməni işğalçılarını torpaqlarımızdan təmizləyərək sözünün arxasında dayandığını bütün dünyaya sübut etdi.
               
    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin alternativsiz və uzaqgörən siyasətini zərgər dəqiqliyilə həyata keçirən cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin son 20 ili ərzində gördüyü nəhəng işlər bizi sürətlə inkişaf edən qüdrətli ölkənin qürürlu vətəndaşlarına çevirdi. 7 fevral seçkilərində xalq Müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi: Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də liderinin yanında olacağlarını bir daha sübut etdilər.
               
    7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Xalq əzm və mətanəti ilə öz sözünü deyərək, layiqli namizədə Qalib ölkənin Qalib Sərkərdəsinə səs verdi. Hazırda hamımız bu tarixi anları yaşayarıq, Bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq.
               
    Möhtərəm Prezidentimiz Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə  Sizi təbrik edir,bütün dövlət quruculuğunda və inkişafında  yeni nailiyyətlər arzu edirik.Allah Prezidentimizi qorusun.




    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ