Müzəffər xalqın qurtuluşunun banisi və onun layiqli davamçısı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müzəffər xalqın qurtuluşunun banisi və onun layiqli davamçısı

    Müzəffər xalqın qurtuluşunun banisi və onun layiqli davamçısı


    “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”. – Bu sözlər Ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Həqiqətən də, Ulu öndər öz həyatını Azərbaycana həsr edərək, öz doğma xalqına ləyaqətlə və sədaqətlə xidmət etmişdir. O, güclü zəkası və sarsılmaz iradəsi ilə hüquqi və demokratik dövlət qurmağı bacarmışdır.  

    Müstəqillik bir xalqın sahib ola biləcəyi ən böyük mənəvi  dəyərdir. Xalqımız 1991-ci ildə öz müstəqilliyinə qovuşsa da, hakimiyyətdaxili çəkişmələr, o cümlədən erməni təcavüzü onun varlığını sınağa çəkdi. Belə bir vaxtda xalqımız  Umummilli liderə etimad göstərərək, öz müqəddəratını həll edən taleyüklü, tarixi qərarını verdi. Buna görə də, Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi  tariximizə “Milli Qurtuluş Qünü” kimi daxil olmuşdur.

    Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizin siyasi həyatında yeni mərhələ başlanmışdır. 90-cı illərin əvvələrində həm ölkə daxilindəki vəziyyət, həmdə beynəlxalq arenada mövqeyimiz ürəkaçan deyildi. Dünya şöhrətli siyasətçi qısa müddətdə həm ölkədəki  sabitliyi, həm də regionda qarşılıqlı faydalı əməkdaşlığı bərpa etmiş, digər dövlətlərlə əlaqələr yaratmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız böyük sıxıntılarını dəf etməyi bacarmışdır.

    Sözsüz ki, bu gün də dövlətimizin davamlı inkişafını təmin edən əsas faktor Heydər Əliyev siyasətidir. O, güclü siyasətçi olmaqla yanaşı, həm də xalqını ürəkdən sevən bir lider idi. Hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, xalqın problemləri ilə dərindən maraqlanmış və onların həlli ilə bağlı mühüm addımlar atmışdır.  Ulu öndər xalqın yaralarını sarmaqla bərabər, haqq işimizi  dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yorulmaz səylər göstərmişdir. Heydər Əliyev hər bir vətəndaşına öz övladı kimi yanaşmışdır. Buna görə də yaşından asılı olmayaraq, Azərbaycan xalqının hər bir fərdi ulu öndərimiz Heydər Əliyevi “Heydər Baba”  kimi xatırlayır.

    Onun əsas məqsədlərindən biri də, ölkədəki iqtisadi vəziyyəti düzəltmək idi. İqtisadiyyatın inkişafı üçün isə güclü maliyyə imkanları lazım idi. 1994-cü ilin 20 sentyabrında  H.Əliyevinin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi düşən müqavilə imzalandı. Bunla da, həm iqtisadiyyatımızın inkişafına zəmin yarandı, həm də müasir neft strategiyasının əsası qoyuldu. Xalqın sosial vəziyyəti də tədricən yaxşılaşdı. Dahi rəhbərin dövründə ölkədə köklü sosial dönüş yaradıldı.    Sosial müdafiə sahəsində pensiya islahatları, güzəşt və imtiyazların müavinətlərlə əvəz olunması və yoxsulluğun azadılması ilə bağlı mühüm işlər görüldü.

    Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi və hərbi uğurları Heydər Əliyevin xalqa müraciətlə dediyi sözləri yada salır: “İnanıram ki mənim axıra çatdıra bilmədiyim taleyüklü məslələri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər  inanıram və böyük ümidlər bəsləyirəm ”

    Ulu öndər Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmuş və bununla da ordumuzun ciddi şəkildə formalaşaraq, güclənməsinə etibarlı zəmin yaratmışdır. Torpaqlarımızın işğaldan azad olunması üçün böyük səylər göstərsə də, onun ömrü buna yetməmişdir. Prezident İlham Əliyev xalqımızın ən böyük problemi olan Qarabağ məsələsini həll edərək dövlətimizin suverenliyini tam bərpa etmişdir.

    Ümummilli liderin sosial siyasətinin davamı olaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə 1 yanvar 2006-cı ildə sosial müdafiə sahəsində iki mühüm qanun – “Əmək pensiyaları haqqında”  və “Sosial müavinətlər haqqında”  qanunlar qüvvəyə minmişdir. Bu gün də,  ölkə rəhbərliyinin sosial sahəyə göstərdiyi diqqət və uğurlu kadr siyasəti  nəticəsində sosial müdafiə sahəsində əhəmiyyətli addımlar atılır. Ardıcıl sosial islahatlarla vətəndaş məmnunluğu təmin edilir. Xalqımızın qürur mənbəyi olan şəhid ailələrinin və qazilərimizin sosial durumuna çox həssas yanaşılır.

    Qədirbilən xalqımız 7 fevral 2024-cü ildə keçirilən sonuncu prezident seçkilərində   cənab  İlham Əliyevə sevgi və inamını, etimadını növbəti dəfə öz imzası ilə təsdiqləmişdir. Bu gün Azərbaycanın hər bir vətəndaşı başa düşür ki, dövlətimizin müstəqilliyini qorumaq və davamlı inkişafa nail olmaq üçün bizə heç bir beynəlxalq təşkilat və ya  dövlət kömək etməyəcək, buna görə də,  xalqımız öz liderinin ətrafında sıx birləşərək, onun daxili və xarici siyasətini dəstəkləyir.






    Babək MUXTAROV,  
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ