• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Həyatda Adəm övladına nə lazımdır?

    Həyatda Adəm övladına nə lazımdır?


    İnsanın nəyə ehtiyacı varsa, tələbat adlanır. Bu tələbat hər an ən kiçik zamanda belə dəyişir. Həm də tələbat insanların həyat şəraitindən, təsərrüfatın inkişaf səviyyəsindən xeyli asılıdır.
       
    Müasir insanların ilk tələbatı müxtəlif məqsədli əşyalardır. Bundan başqa insanın təbii ehtiyacları onun gündəlik yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. Maddi təminat insanın cəmiyyətdəki mövqeyinə müsbət təsir edir və insan cəmiyyətdə tanınmağa, dost-tanış qazanmaqla müəyyən dərəcəyə qalxmağa meyillənir. Bu halda insanın mənəvi aləmi zənginləşir, o, biliklərini artırmaqla yaradıcı fəaliyyətini genişləndirir.
       
    İnsanların böyük əksəriyyəti halal zəhmətə meyillidir. Əlbəttə bütövlükdə cəmiyyətin mövcudluğu əməklə bağlıdır.
       
    Elə insanlar var ki, əmək onlar üçün zərurətdir. Çünki onsuz dolana bilməzlər. Belələri həvəssiz, lakin zoran çalışmağa, əlləşib-vuruşmağa məhkumdurlar. Digər qrup insanlar isə əməyə sevinc, məhəbbət və ilham mənbəyi kimi yanaşır, qurduqları və yaratdıqları ilə mənəvi zövq alır.
     Görkəmli şəxsiyyətlərin, mütəfəkkirlərin fikrincə Adəm övladını (insanı) təkamüldə əmək ucaldıb və qəlibləşdirib. Məhz buna görə şüurlu insanın (homo sopiens) ümdə vəzifəsi tikmək, qurmaq və yaratmaq olmalıdır.
       
    Çağdaş dövrün insanlarının hamısının əməyə olan tələbatı tam ödənilmir. Bəziləri halal zəhmətdən yayınmağı xoşlayır, digərləri bəyənmədikləri əməklə məşğul olmaq istəmir. Nəticədə işsizlər ordusu yaranır. Belə bir neqativ halın aradan qaldırılması ardıcıl və məqsədyönlü təbliğat tələb edir. Hər bir insan anlamalıdır ki, onun mövcudluğu və normal yaşaması məhz yaradıcı əməklə sıx bağlıdır. Bu haqda Həzrəti Əli (ə) on beş əsr öncə deyib: “Pak olan Allah öz bəndələrinə ixtiyar sahibləri olduqları halda əmr edib”.
       
    Tələbat müəyyən həddə uyğun olmalıdır, israfçılığa yol vermək olmaz. Həyat fəaliyyətinin normal şərtləri cəmiyyətin hər bir üzvünün, deməli bütövlükdə cəmiyyətin özünün kompleks normalarına tam cavab verməlidir. Fərqi yoxdur bu zehni və ya fiziki əməkdir. Belə olan şəraitdə insan ali keyfiyyətlərə yiyələnir. Onda əməyə münasibət kamilləşir, biliyə meyillilik güclənir, nəhayət Həvva nənəmizin övladları gözəlliklərdən zövq almağa, onu lazımınca dəyərləndirməyə can atır.
         
    Əgər insanın yeməyə, içməyə, pal-paltara, sığıncağa tələbatı müəyyən hədlə məhdudlaşırsa onun gözəlliyə, elmə-biliyə və yaradıcı fəaliyyətə marağının həddi-hüdudu yoxdur. Sadəcə olaraq bu həqiqəti dərk etmək lazımdır.
         
    Əgər mədəniyyətin yüksəlməsi məhsuldar qüvvələrin inkişafına səbəb olursa, bu halda cəmiyyətin tələbatı da artır və təkmilləşir. İntellektual və sosial tələbatların miqyası genişlənir, yəni onların strukturunda keyfiyyət dəyişikliyi baş verir. Nəticədə cəmiyyətin inkişafı, tələbatın yüksəlməsi qanunu təbii axarı ilə davam edir.

    Hazırda müstəqilliyini əldə etmiş ölkəmizdə sonuncunun qısa bir zaman kəsiyində özünü daha da qabarıq şəkildə biruzə verməsi çox sevindirici haldır. Bütün bunlar müasir, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin və onun siyasi varisi Ali Baş Komandan, dünyanın siyasi elitasını qısa zaman kəsiyində heyrətə gətirməyi bacaran möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və gərgin əməyinin nəticəsidir. Heydər Əliyev Fondunun, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu işdə zəhməti heç də az deyil. Təbii ki, bütün Azərbaycan xalqının, Dünya Azərbaycanlıların səyi və əzmi sayəsində...






    Rəvvaq QURBANOV,
    tədqiqatçı-psixoloq.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    3. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    5. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    6. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    7. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    8. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    9. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    10. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    11. 23:30 Tarixi qələbəyə aparan yol
    12. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    13. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    15. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    16. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    17. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    19. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    20. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    21. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    22. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    23. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    25. 11:31 Masallıda Qurban bayramı - 2025
    26. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    27. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    28. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    29. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    31. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    34. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    35. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    36. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    37. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    38. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    39. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    40. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ