Bələdiyyə həyatı. Problemlər həll olunur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bələdiyyə həyatı. Problemlər həll olunur

    Bələdiyyə həyatı. Problemlər həll olunur


    Müsahibimiz Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışovdur.

    -Azər müəllim, xoş gördük. Şəhər bələdiyyəsinin fəaliyyəti haqqına qısaca məlumat verməyinizi xahiş edirik.

    -Masallı şəhər bələdiyyəsi 13 nəfər üzv və 3 nəfər bələdiyyə qulluqçusundan ibarətdir. Masallı bələdiyyəsi 6 yaşayış məntəqəsini əhatə edir. Bələdiyyənin mülkiyyətində  219,96 hektar  torpaq sahəsi və 52 hektar ümümü istifadədə olan örüş torpağı vardır. Ərazidə 26106 nəfər əhali yaşayır. Onların mülkiyyətində 335 hektar pay torpaq sahəsi və 1071 hektar yaşayış sahəsi olmaqla 5976 ədəd fərdi yaşayış evi və 1424 mənzil vardır.

    Bildiyiniz kimi bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

    -Bəs, bələdiyyə xərclərinizi necə müəyyənləşdirirsiniz?

    -Bildirmək istəyirəm ki, bələdiyyə özünü idarəetmə orqanı olduğı üçün bələdiyyənin illik büdcəsi yerli gəlirlər hesabına təşkil olunur. Hal-hazırda bələdiyyənin gəlirlərini torpaq vergisi, əmlak vergisi və bələdiyyə torpaqlarının satışı və icarəsi hesabına təşkil edilir. Əmlak və torpaq vergilərinin hesablanması ilə bağlı yeni əmlakların qeydiyyatı aparılmış və BAMS proqramına işlənilmişdir. BAMS proqramından çıxarılan tədiyyə bildirişləri vətəndaşlara poçt vasitəsilə çatdırılmışdır. Hazırda vergilərin köçürülməsində qismən aktiv olan ərazilər əsasən Masallı şəhər, Digah, Dadva və İsgəndərli əraziləridir. Kosakül və Seybətin ərazilərində isə demək olar ki, bir neçə evi çıxmaqla  qalan evlər vergi verməkdən yayınırlar. Vergidən yayınan vergi ödəyiciləri barəsində ilin sonunda qərar veriləcək və vergilərin ödətdirilməsi üçün Masallı rayon icra və probasiya şöbəsinə göndəriləcəkdir. Müasir dövrün tələblərini nəzərə alaraq bələdiyyə büdcəsinin təşkili ilə bağlı şəhər sakinlərindən bələdiyyəyə dəstək olmalarını xahiş edirəm. Vergilər sakinlər tərəfindən vaxtında ödənilsə ərazinin sosial-iqtisadi problemləri həll olunar.

    -Azər müəllim, Masallıda vətəndaş qəbulu və onların müraciətləri daim diqqət mərkəzindədir. Siz bu məsələni necə təşkil edirsiniz?

    -Masallı bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılmışdır. Vətəndaşlar tərəfindən edilən müraciətlərə vaxtında baxılıb, lazımı tədbirlər görülür. Bəli, son illər problemlərin aradan qaldırılmasında irəliləyiş var. RİH başçısı cənab Araz Əhmədovla görüşlərimizdə bu təkliflər səslənəndə rayon rəhbəri irəli sürülən məsələləri diqqətdə saxlayır. Tövsiyələrini verir, kömək edəcəyini bildirir. Və onu da tapşırır ki, heç bir vətəndaş müraciəti diqqətdən kənarda qala bilməz.  

    -Masallıda qanunsuz tikililərə yol verilə bilməz. Bu məsələyə siz necə diqqət yetirirsiniz?

    -Bələdiyyə ərazisində qanunsuz tikintilərin, qazıntıların, torpaq zəbtlərinin qarşısının alınması üçün mütəmadi olaraq monitorinqlər keçirilir və ərazi nəzarətdə saxlanılır.

    -Masallı bələdiyyələri son illər fəallıq göstərirlər. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin yaxşı işini qəzet və saytlarımızda dərc edirik. Yaxşı olardı ki, siz də görülən işlər haqqında danışasınız.

    -Ötən və cari dövrlər ərzində Masallı bələdiyyəsi tərəfindən şəhər daxili yollarda təmir işləri görülmüşdür. Belə ki, Masallı şəhərinin Rəşid Behbudov, Kazım Kazımzadə, Məmməd Rahim, Qasım bəy Zakir, Qurtuluş (döngə 1), Vüsal Hadıyev (döngə 1 və döngə 4), Musa Nağıyev, Süleyman Rəhimov, Cavanşir, Kərim Kərimov, Bəxtiyar Vahabzadə (döngə 1), Qasım bəy Zakir, Məmməd Araz, Mirzə Ələkbər Sabir, Ənvər Qasımzadə, Mirəli Seyidov, Abdulla Şaiq, Alı Mustafayev, Hacı Zeynalabdin Tağıyev (döngə 1), Əcəmi Naxçıvani, Əbdülvahab Salamzadə, Mustafa Topçubaşov, Salatın Əsgərova, Sübhan Həsənov küçələrinə çınqıl materialı tökülmüş və texnika vasitəsilə hamarlanmışdır. “Abad və təmiz qəbiristanlıq aylığı”nın keçirilməsi məqsədilə Masallı şəhər ərazisində yerləşən qəbiristanlıqlarda abadlıq və təmizlik işləri görülmüşdür. Masallı şəhər bələdiyyəsi 2024-cü ilin payış-qış mövsümü ilə əlaqədar şəhər ərazisində 15 küçənin təmir olunması nəzərdə tutulmuşdur. Qeyd etdiyimiz kimi bələdiyyənin şəhər abadlığı üçün geniş planları var. Həmin planlar bələdiyyə fəallarının təşəbbüskarlığı ilə həll olunur və olunacaq.

     -Müsahibəyə görə sağ olun.










    Müsahibəni apardı:
    Ə.MƏMMƏDHÜSEYN
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ