“Yaşayan xatirələr” – Masallıda kitab təqdimatı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Yaşayan xatirələr” – Masallıda kitab təqdimatı

    “Yaşayan xatirələr” – Masallıda kitab təqdimatı



    Yazıçı-publisist Ələşrəf Niftiyevin 19 və 20-ci kitabları işıq üzü görüb
     
    Masallıda Azərbaycan Yazıçıları və Jurnalistləri Birliklərinin üzvü, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyevin “Yaşayan xatirələr” kitabının təqdimatı olub.

    Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə mədəniyyət işçiləri, yerli yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Kitabxananın direktor əvəzi Zamin Məmmədov müəllifin ömür yoluna qısaca nəzər salıb, digər kitabları kimi yazarın növbəti kitablarının da oxucular tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.

    Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev haqqında dəyərli fikirlərini səsləndirən Əməkdar jurnalist Zakir Abbas onun tanınmış ictimai xadim kimi xidmətlərindən, cəmiyyətdəki nüfuzundan söhbət açıb, ağsaqqal yazarın müxtəlif ədəbi janrlardan istifadə etməklə sadə dildə qələmə aldığı əsərlərdə aktual mövzulara geniş yer verdiyini yüksək qiymətləndirib.

    Publisistika ilə yanaşı elmi, pedaqoji, ictimai mövzularda yüzlərlə yazı və tərcümələrin müəllifi, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin yaradıcılığının özünəməxsusluğundan söz salan tədqiqatçı-yazar Xodaşirin Cəbili, jurnalist-publisist Akif Ağayev, şair Meysəba Aslanova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva dövlətçiliyimizin möhkəmlənməsi, eləcə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi yönümündə əsərlərinin əhəmiyyətindən danışıblar.

    Respublikanın “Fəxri ağsaqqalı”, 79 yaşlı ədibin yüksək insani keyfiyyətlərini dilə gətirən natiqlər qeyd ediblər ki, onun “Yaşayan xatirlələr” adlı 19 və 20-ci kitablarında öz xidmətləri ilə Masallı tarixini zənginləşdirən görkəmli şəxsiyyətlər haqqında xatirələr yer alıb, əsərlərinin əsas leytmotivini haqqa, ədalətə, xeyirxahlığa çağırış, tərbiyəvi və təbliğat xarakterli mövzular təşkil edir.

    Tədbirin təşkilinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edən Ələşrəf Niftiyev oxucuların suallarını cavablandırıb, əsərləri və gələcək yaradıcılıq planları barədə məlumat verib.

    İştirakçılar müəllifi təbrik edib, ona cansağlığı, yaradıcılığında uğurlar arzulayıblar.











    Akif VAQİFOĞLU.
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ