HƏSƏNAĞA ƏLİYEV-75 Jurnalistikanın təəssübünü çəkən peşəkar » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » HƏSƏNAĞA ƏLİYEV-75 Jurnalistikanın təəssübünü çəkən peşəkar

    HƏSƏNAĞA ƏLİYEV-75 Jurnalistikanın təəssübünü çəkən peşəkar

    Bir deyimə görə, yer üzündə ən çətin peşə, ən yüksək vəzifə insan olmaqdır. İnsanlar da var ki, həyatlarını vəzifə sahibi olmağa deyil, qəlbən bağlandıqları peşəyə, sənətə həsr edirlər. Necə deyərlər, ömürləri məşğul olduqları sahənin tarixinə çevrilir.

    Bu sözləri, ömrünü-gününü jurnalistikaya həsr edən, bölgə mətbuatının inkişafında böyük əməyi olan dəyərli həmkarım Həsənağa Əliyevə şamil etsəm, zənnimcə yanılmaram.

    Bu yazıda ustad yazarın ömür yolunun bəzi məqamlarına toxunmağa çalışdım. Lakin, özünə qarşı tələbkar, sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibi, peşəsinin nüfuzunu qoruyan, təəssübünü çəkən istedadlı jurnalistin portret cizgilərini tam yaradacağıma əmin deyiləm.
    Noyabrın 1-də, həyatının 52 ilini “Yeni həyat” qəzetinə həsr etmiş tanınmış jurnalist-publisist Həsənağa Murtuza oğlu Əliyevin 75 yaşı tamam olur. O, rayonumuzun Mahmudavar kəndində təvəllüd tapıb. Uşaqlıq illəri yaddaşında silinməz izlər qoyub Həsənağa müəllimin. İndi də valideynlərindən söhbət açarkən, onu əziyyətlə boya-başa çatdıran anasını xatırlayarkən gözləri dolur. Altı yaşında atasını itirən bu insanın qəlbinin saflığı, sadəliyi üzündə, gözlərində görünür.

    O, deyir ki, məktəb illərindən sonra əvvəl kənddəki sovxozda, sonra isə “Çağırış” (“Yeni həyat”) qəzeti mətbəəsində mürəttib, çapçı işləyə-işləyə təhsilini davam etdirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Rayon qəzetində korrektor, ədəbi işçi, baş ədəbi işçi, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini olub.

    Yazıları cəmiyyətin ruhundan xəbər verib.  Necə deyərlər, imzasını masallılara yaxşı tanıdıb. Bu cəhət müəllifə nüfuz və hörmət qazandırıb.  Çalışdığı illər ərzində əksər həmkarları kimi o da maneələrlə, qadağalarla, haqsızlıqlarla çox rastlaşıb. 1995-ci ildə qəzetin fəaliyyəti dayandırıldıqdan sonra “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. Digər respublika qəzetləri ilə əməkdaşlıq edib. 2001-ci ildə “Yeni qəzet”ə dəvət alıb. Hazırda “Yeni həyat” qəzetinin məsul katibidir.

    Yaradıcılıq əzmi bitib-tükənməyən Həsənağa müəllim böyük həvəslə, yorulmadan yazıb yaradır. Mövzu müxtəlifliyi, yazı ahəngdarlığı, fikir sərbəstliyi ilə seçilən yazıları sevilə-sevilə oxunur. İqtisadi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, idman, ədəbi-bədii, publisistik yazıları ilə yanaşı felyeton, replika və digər janrlı məqalələri aktuallığı ilə seçilir. Tənqidi yazıları  oxucular tərəfindən rəğbətlə qarşılanır. Müxtəlif rubrikalar altında “Həsənağa Əli Murtuza” imzası ilə dərc olunan yazıları hər kəsin marağına səbəb olur.

    Mükəmməl yaradıcılığa malik, bölgəmizin sayılıb-seçilən yazarlarındandır. Səkkiz publisistik kitabın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədridir.  Dəfələrlə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası İdarə Heyətinin üzvü seçilib. Qurumun mükafatını alıb. “Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub.
    Ən başlıcası qələmə ehtiramı üstün tutan vətənpərvər həmkarım hər zaman vicdanı öndə düşünən insanlardandır. İşinə məsuliyyətlə yanaşan yorulmaz, səbrli, təmkinlidir, hər kəsi yüksək dinləmə mədəniyyətinə malikdir. Maraqlı fikir və təklifləri, dəyərli tövsiyələri ilə gənc jurnalistlərə hamilik edir, onların fəaliyyətlərini əlaqələndirir.

    İctimai fəallığı yüksək göstəricilərindəndir. Yeni Azərbaycan Partiyasının üzvü, Masallı rayon Ağsaqqallar Şurasının Mahmudavar ərazisi üzrə əlaqələndiricisidir.
    Həsənağa Əliyev qanı, canı ilə mətbuata bağlı,Vətənə, dövlətə sədaqətli jurnalist kimi bu müqəddəs ada ləkə gətirən qeyri-peşəkar və reket jurnalistikasına qarşı son dərəcə barışmaz qələm sahibidir. Qərəzsizlik, obyektivlik, tərəfsizlik, vicdanlılıq
    prinsiplərinə əməl etməyi jurnalistikanın ən mühüm predmeti kimi xarakterizə edən təcrübəli həmkarım təəssüflə qeyd edir ki, mətbuat səhifələrində etik normaların pozulması halları hələ də davam edir: “Senzuranın ləğvi jurnalistlərin əl-qolunu açsa da, söz, fikir azadlığını bəhanə gətirərək etik normalara məhəl qoymayanlar da var. Onlar böhtan xarakterli fikirləri dərc etməklə ictimai rəyi çaşdırmağa səy göstərirlər...”
    Tanıyanlar Həsənağa müəllimi gözəl ziyalı, sədaqətli insan, mehriban ailə başçısı kimi dəyərləndirir. Ömür-gün yoldaşı, 40 il kənd məktəbində çalışmış Rəviyyə xanımla 2 qız köçürdüb, 3 oğul evləndiriblər. İndi 9 nəvə, 2 nəticə sahibidirlər.

    50 ildən artıqdır ki, gənc ailələrə nümunə olan sevgi tarixini yaşayırlar.
    Ruhən cavan, hər zəhmətə qatlaşmağı bacaran bu mülayim təbiətli insanın bir kimsə ilə ədavət saxladığını, kimə isə pislik etdiyini nə görüb, nə də eşitmişəm. O, Allaha bağlı insandır. Məşhəd ziyarətində olub.
    Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyini zəhmətkeşliyi, həssas yanaşma tərzi ilə isbatlayan ağsaqqal yazar, qələm yoldaşımızı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Ömrün müdriklik çağında taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirən jurnalist həmkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq: Yeni yaşınız sizə daha yaxşı əhval-ruhiyyə bəxş etsin, günləriniz uğurlu, sevgi və xoşbəxtlik dolu olsun, Həsənağa müəllim!









    Akif AĞAYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ