Masallının tanınmış ziyalısı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının tanınmış ziyalısı

    Masallının tanınmış ziyalısı



    Mirqabil Hüseynov - 75

    19 noyabr 2024-cü il tarixdə Masallı şəhərinin “Lanur” şadlıq sarayında “Tərəqqi” və “Vətən naminə” medallı Əməkdar müəllim Mirqabil Nüseynovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Yubiley tədbiri Ulu Öndərin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

    Veteran müəllim Fəxrəddin Talıbzadə tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mirqabil Mirhüseyn oğlu Hüseynov 1949-cu il noyabrın 19-da Masallı şəhərində anadan olub. Şəhər 1 və 2 nömrəli orta məktəblərində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsini bitirib. Həmin ildən şəhər 1 nömrəli orta məktəbində tarix müəllimi və şəhər qiyabi məktəbində metodist kimi fəaliyyətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra – 1971-ci ildən şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində direktor müavini, 1976-cı ildən şəhər 1 nömrəli tam orta məktəbin direktoru işləyib. 1990-1993-cü illərdə Masallı RİHB-nın müavini vəzifəsində çalışıb. 1993-cü ildən 2022-ci ilə kimi yenidən şəhər 1 nömrəli orta məktəbin direktoru kimi əmək fəaliyyətinə başlayıb. 47 il bu təhsil ocağına rəhbərlik edib.

    Ömrünün 56 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən M.Hüseynov 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub, 3 oktyabr 2013-cü ildən Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülüb.

    Tədbirdə iştirak edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri Zamin Məmmədov və Niyazi Bağırov, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Qardaş Fətullayev, “Masallı təhsil fondu”nun icraçı direktoru Hüseyn Hüseynov, “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov Ümummilli Lider Heydər Əliyevin və onun siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, ağsaqqallara olan diqqət və qayğısından danışıblar, Mirqabil Hüseynovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib, yubilyarı təbrik edib, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun imzaladığı Fəxri fərmanı, Milli Məclisin deputatı deputatı Məşhur Məmmədovun, YAP Masallı Rayon Təşkilatının məktubunu və hədiyyələrini təqdim ediblər.                                                                                
    Çıxışlarda M.Hüseynovun əsl pedaqoq, vətənpərvər insan, gözəl ailə başçısı, mehriban dost olduğunu dilə gətiriblər.
    Masallıda tanınmış rəssam Ehtiram Məmmədovun yubilyara həsr etdiyi portreti təqdim edilib.
    Şəhid ailələri - iki şəhid anaları - Viləş kəndindən olan Ziba Əsgərova və Lerik rayonundan gəlmiş Sevda Novruzova, Sücəddin Novruzov Mirqabil Hüseynovun Masallıda təhsilin inkişafında, eləcə də “Cümə” məscidi dini icmasının sədri kimi fəal mövqeyindən bəhs ediblər.
    Müəllim – şairə Firəngiz Niftiyeva Mirqabil Hüseynova həsr etdiyi şeirini səsləndirib.

    Tələbə yoldaşı, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, Masallının tanınmış veteran müəllimi Hacı Həmdulla Məmmədov, Lerik rayonundan gələn veteran ziyalı Əflatun müəllim, Biləsuvarlı tələbə yoldaşı İslam müəllim, Cənub bölgəsinin tanınmış jurnalistləri - “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Cənub xəbərləri” saytının Baş redaktoru Zahir Əmənov, Aydın Canıyev, “Leqal.az” saytının redaktoru İbrahim Şükürov və başqaları yubilyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, cansağlığı arzulayıblar.

    Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq M.Hüseynov gənclərimiz üçün əsl örnəkdir.
    Yubilyar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.

    Tədbirdə M.Hüseynova dost və doğmalarının da qiymətli hədiyyələr verilib.

    Şirniyyat və ləziz Azərbaycan yeməkləri, şən, poetik duyğular, musiqi sədalaı altında davam etdirilən tədbirin sonunda tort kəsilib.                                                                                                                              




















    İbrahim ŞÜKÜROV,
    ştatdankənar müxbirimiz.



      Fotolar Elsevər ƏLİYEVƏ məxsusdur.                                                        шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ