Düşünülmüş və qətiyyətli siyasətin nəticələri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Düşünülmüş və qətiyyətli siyasətin nəticələri

    Düşünülmüş və qətiyyətli siyasətin nəticələri

     
    Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində ölkə ictimaiyyətini maraqlandıran və düşündürən bir çox vacib məsələlərə dair önəmli açıqlamalar yer almışdır. O cümlədən dövlətimizin başçısı Azərbaycanın 2024-cü ildə əldə etdiyi daha bir uğur kimi ölkəmizin nüfuzlu D-8 təşkilatına üzv olmasını qeyd etdi. Azərbaycanın ən nüfuzlu islam ölkələrini birləşdirən bu təşkilata qəbul olunması sözsüz ki, dövlətimizin beynəlxalq aləmdə getdikcə artan rolunu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. 

    Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin. Məlumdur ki, bu gün artıq yeni dünya nizamı formalaşdırılır. Cənab Prezident İlham Əliyev bildirdi ki, bu prosesin gedişində bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Əlbəttə ki, düzgün yanaşma zəminində Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər.

    Daha sonra möhtəm dövlət başçımız Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsindən bəhs edərək bildirdi ki, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Ermənistanı bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Məhz bu amillər erməni rəhbərliyinin Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyalarını artıq yox etməli idi. Dövlət başçımızın Qazaxın dörd kəndi ilə bağlı son tələbi Ermənistanın baş naziri qarşısında ötən ilin fevralında qoyulmuşdu. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı da Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu möhtərəm Prezidentimiz tərəfindən qaldırılmışdı. Həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmasa da, bu gün artıq biz bu qələbəmizin də sevincini yaşayırıq. Azərbaycan bu məsələdə də ədalətə nail oldu, ərazilərini bərpa etdi.

    Sonda bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu da Azərbaycanın 2024-cü ili də müsbət nəticələrlə başa vurması ilə bağlıdır. Məlumdur ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar uğurla icra edilmişdi. O cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olunmuşdu. Buna baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən optimallaşma elə təşkil olunmuşdu ki, ölkənin valyuta ehtiyatları daha da artdı. Ötən il ərzində bu ehtiyatlar təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, əlbəttə ki, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, adambaşına düşən ehtiyatlara əsaslanır və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır. Möhtərəm dövlət başçımızın dediyi kimi, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində Azərbaycan Prezidentinin düşünülmüş və qətiyyətli siyasəti durur.

     


    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    2. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    3. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    5. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    7. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    8. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    9. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    10. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    12. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    15. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    16. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    17. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    18. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    19. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    20. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    22. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    27. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    28. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    29. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    30. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    31. 10:08 UNUDULMUR...
    32. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    33. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    34. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    35. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    36. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 16:46 “PeşəFest-2026” - Masallıda
    39. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ