Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


6-06-2023, 17:04. Разместил: admin44

Əziz Prezident!

Sizin apardığınız uğurlu siyasəti həmişə dəstəkləmişik. Otuz il ərzində işğal altında qalmış torpaqlarımızın Sizin Ali Baş Komandanlığınızla azad edilməsinə və həmin torpaqlarda hazırda böyük tikinti-quruculuq işlərinin görülməsinə görə Sizə dərindən təşəkkür edirəm. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısına – Sizə gələcək işlərinizdə böyük uğurlar diləyirəm.

Biz görürük ki, son illər Türk dövlətləri arasında birlik, siyasi və iqtisadi əlaqələr daha sürətlə inkişaf etməkdədir. Bu işdə Sizin, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu danılmazdır. Biz bu işi yüksək qiymətləndirir və hər zaman Sizi dəstəkləyirik. Bu baxımdan Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Respublikasının Prezidenti seçilməsi Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqını da ürəkdən sevindirdi.

Cənab Prezident, Allah Sizi və Rəcəb Tayyib Ərdoğanı Türk dünyasının başından əskik etməsin.

Azərbaycan və Türk dünyası üçün gördüyünüz işlərə görə Sizə şəxsən öz adımdan və ailə üzvlərim adından səmimi-qəlbdən minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.


Hörmətlə,
Şirəliyev Sevindik
Azərbaycan Respublikası, Masallı rayonu, Mollaoba kəndi.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад