Главная > Maraqlı / Manşet > Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi

Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi


6-06-2023, 17:25. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Azərbaycan ədəbiyyatının ölməz şairi Mikayıl Müşfiq 12 illik yaradıcılıq dövründə yaddaşlarda qalan şeirlər yaradaraq milli ədəbiyyat tarixində özünün parlaq imzası ilə silinməz iz buraxmışdır.

 Sonra məruzə ilə çıxş edən kitabxananın digər əməkdaşları Həbibə Hüseynova və Arzu Hüseynova vurğulayıblar ki, şairin “Duyğu yarpaqları”, “Qaya” (şeir və poemalar), “Əbədiyyət nəğməsi” və digər əsərləri milli poeziyann inciləri sırasına daxil olub. Azərbaycan xalqının Müşfiqi heç zaman unutmadığını, şairin bir vaxtlar işlədiyi 18 nömrəli məktəbin hal-hazırda onun adını daşıdığı diqqətə çatdırılıb. Məruzəçilər görkəmli şairin yaradıcılığı haqqında geniş tədqiqatlar aparıldığını, sanballı monoqrafiyaların, namizədlik və doktorluq dissertasiyalarının yazıldığını söyləmişdir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад