Главная > Maraqlı > “Heydər Əliyev İli” çərçivəsində Masallıda tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Masallıda tədbir keçirilib


8-06-2023, 12:20. Разместил: admin44

                                                                    “Heydər Əliyev İli” çərçivəsində Masallıda növbəti tədbir keçirilib

2023-cü il — «Heydər Əliyev ili» çərçivəsində tədbirlər planına uygun olaraq Ombudsmanın Cənub bölgəsi üzrə nümayəndəsi və rayon ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbir rayon mərkəzi kitabxanası dəyirmi masa arxasında aparılmışdır.

Tədbiri giriş sözü ilə Masallı Rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev açmışdır.
Sonra  Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya  İsmayılov  insan  haqları  barədə geniş məruzə ilə çıxış  etmişdir.

Müzakirələrdə Vətən müharibəsi qazisi Cavid Nuri, Masallı Rayon Ziyalılar birliyinin sədri Qardaş Fətullayev, din xadimlərindən fəlsəfə elmləri  namizədi Əliqulu Qardaşov, «Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanları» İctimai Birliyi Masallı rayon nümayəndiliyinin sədri Yavər Yusubov, Xıl kəndinin sakini  Əlövsət Sadıqov, «Azad Azərbaycan» qəzetinin redaktoru, həmyerlimiz Agalar İdrisoglu, pedaqoq Firəngiz Niftiyeva və başqaları  çıxış  edərək  insan  haqları  sahəsində  təbliğat — maarifləndirmə  işini  daha da  gücləndirməsinə önəm  vermişlər.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev iştirak etmişdir.  
Hüquq  gecəsini Ə.Niftiyev  yekunlaşdırmış  və Mirəyyub Əliyevi ad günü münasibətilə agsaqqallar şurası adından  təbrik etmiş, məktub və hədiyyəni ona təqdim  etmişdir.





İbrahim Şükürov,
Masallı  Rayon Ağsaqqallar Şurasının mətbuat katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад