Главная > Maraqlı > “Azərbaycan” san        

“Azərbaycan” san        


13-06-2023, 10:00. Разместил: admin44
                                                                                                                                   “Azərbaycan” jurnalının 100 illiyinə

Min doqquz yüz iyirmi üç ilində,
Yarandın,yaratdın yazılı bir can.
“Maarif və Mədəniyyət” dilində,
Adıyla başladın sən Azərbaycan.
Bədii ədəbiyyat dövrün güzgüsü,
Göstərdin həyatı,xalqı,sənəti.
Haqdı,ədalətdi,daşdı hörgüsü,
Qınadın tamahı,zəri-zinəti.
Çəkinmədin nə mühütdən,nə dardan,
Nəzmə aldın ənənəni,zamanı.
Əsərlərin çiçək kimi açırdı,
Düşündürür həm yaxşını,yamanı.
Səməd Vurğun yazdı sənin adını,
“Azərbaycan” oldun o vaxtdan bəri.
Yazarlar yaxşıca duyur dadını,
Titrədir dünyanı göyü, həm yeri.
Dönmədin yolundan, hər çətinlikdən,
Mətin sinə gərdin, yaşatdın sözü.
Qorxmadın yaranan hər gərginlikdən,
Qaldırdın zirvəyə yazdığın düzü.
Şairlər,Nasirlər sənin yanında,
İlahi eşqini nizama salır.
Zəfər məhəbbəti qaynar qanında,
Vətəni vəsf edir, ilhamın alır.



Məmməd AĞA,                                                 30 mart 2022-ci il.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад