Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan -Türkiyə qardaşlığının simvoludur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan -Türkiyə qardaşlığının simvoludur

    Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan -Türkiyə qardaşlığının simvoludur


    2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatı olmuşdur. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.Bu da onu göstərir ki, Bəyannamə tarixi köklərə malikdir və bir millətin əsrlər boyu mübarizə apardığı özgürlük mücadiləsinin rəsmi təsdiqidir.
               
    Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk XX əsrin əvvəllərində demişdi ki, "Azərbaycanın kədəri -kədərimiz, sevinci- sevincimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.” XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.
                 
    Müqavilənin Azərbaycan və Türk dünyası üçün mühüm olan Şuşa şəhərində imzalanması önəmli hadisədir.  Şuşanın azad edilməsi, müqavilənin hazırlanması,  ora ilk olaraq digər  ölkə rəhbərlərindən fərqli olaraq Rəcəb Tayyib Ərdoğanın gəlməsi  də mühüm tarixi hadisə idi.
                 
    Müsahibimiz qeyd edib ki, “Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Müdafiə sənayesi, ordu quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi  prioritet sahədir. Cənab prezident ordunun Türkiyə modelinə keçməsini qarşıya məqsəd qoyub. Son vaxtlar bu məqsəd üçün xeyli işlər görülüb. Bu da Şuşa bəyannaməsindən irəli gələn müddəalardır. Şuşa bəyannaməsi Azərbaycana qarşı yenidən baş qaldırmaq istəyən işğalçılara cavabdır. Şuşa bəyannaməsinin çox böyük əhəmiyyəti var.
               
    Torpaqlarımızın işğaldan azad olunmasından sonra bərpa işlərində Türkiyə ilə əməkdaşlığımız təqdirəlayiq addımdır. Füzuli və Zəngilan hava limanlarının açılışında Rəcəb Tayyib Ərdoğan da iştirak etmiş, bundan əlavə Zəngəzur dəhlizi üçün yolun təməli qoyulub. Yolun Azərbaycan hissəsində həm dəmiryolu, həm də magistral yolun çəkilməsi sürətlə davam edir. Yaxın zamanda bu yol fəaliyyətə başlayacaq. Bu yol Türkiyə və Azərbaycanı bir-birinə qovuşduracaq. Türkiyə-və Azərbaycanın münasibətləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev sayəsində yüksək səviyyədədir. Hər iki prezident Şuşa bəyannaməsini yüksək qiymətləndirib. Bəyannamə son dövrün ən tarixi hadisəsidir.  Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə bu bəyannamənin imzalanmasıdır. Bəyannamə gələcəkdə ölkələrin bütün sahələrdə əməkdaşlığı üçün  hüquqi bazadır.
                 
    Müsahibimiz qeyd edib ki,“Şuşa Bəyannaməsinin məhz 15 iyunda imzalanmasının da rəmzi mənası var. 15 iyun Azərbaycanın Milli qurtuluş gündüdür. Bu gün tarixdə ulu öndər Heydəır əliyevin adı ilə əbədiləşmişdir. Belə bir gündə Bəyannamənin imzalanması bir sıra qüvvələrə ciddi mesajdır. Ulu öndərin vaxtilə dediyi “müstəqilliyimiz əbədidir, daimidir dönməzdir” fikrinin reallıqda təsdiqi olan bu sənəd müstəsna əhəmiyyətə malikdir. Bu sənəd müharibədə rüsvayçı şəkildə məğlubiyyətlə üzləşən bədnam düşmən, Ermənistan və havadarları Azərbaycana, onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin məhz  Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin aşkar ifadəsidir. Tarixi əhəmiyyət kəsb edən, iki ölkənin gələcək strateji yoluna işıq salan növbəti bir addım kimi qiymətləndirilən Bəyannamə əslində düşünülmüş və yüksək dəyərlərə dayanan möhkəm işbirliyinin aydın ifadəsidir. İlk dəfə  bu sənəddə səsləndirilən Zəngəzur dəhlizi layihəsi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
                 
    “Bəyannamənin ən mühüm müddəalarından biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb. Bu müddəalar iki ildir ki çox yüksək səviyyədə həyata keçirilir və Azərbaycan –Türkiyə qardaşlığını dünyaya çatdıran ən mühüm mesaj olaraq qəbul edilir.


     
    Rusif Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ