Главная > Maraqlı > ”Sağlam həyat tərzi davranış risk amilləri” adlı aksiya

”Sağlam həyat tərzi davranış risk amilləri” adlı aksiya


18-07-2023, 18:20. Разместил: admin44

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli  Sərəncam imzalamışdır.

Həmin  Strategiyanın  3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyətı üzrə paylanması, aidiyyatı mobil tətbiqlərin istifadəyə verilməsi) bəndinin icrası ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil Sektoru,  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı Rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə ”Sağlam həyat tərzi davranış risk amilləri”nə dair hazırlanmış maarifləndirici materiallar əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.







 "Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад