“Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi" – Masallıda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi" – Masallıda tədbir

    “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi" – Masallıda tədbir


    21 iyul 2023-cü il tarixdə Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi" mövzusunda tədbir keçirilib.

    Muzeyin və Masallı Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə düzənlənən dəyirmi masada jurnalistlər, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, dünyasını dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qonaqları salamlayaraq  KİV nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində uğurlar arzulayıb.
    Bildirilib ki, 148 il öncə Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. Əkinçi” qəzetinın işıq üzü görməsilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev mətbuatın inkişafına göstərilən dövlət qayğısından və Azərbaycanı dünyada söz, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasında media nümayəndələrinin rolundan danışıb.

    Veteran jurnalistlərdən «Tərəqqi» medallı Əyyub Mehdiyev, Əyyar Tahirov, Şahin Səmədli rayonun mətbuat tarixi, bir zamanlar fəaliyyət göstərmiş mətbuat orqanları, jurnalistlər haqqında danışıb, xatirələrini bölüşüblər.
    Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyət kimi dəyərləndirilib, Ulu Öndərin cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadığı nəzərə çatdırılıb.

    “Yeni həyat” qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon Təşkilatının sədri Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev təmsil etdikləri qəzetin tarixindən danışaraq rayonun ən uzunömürlü mətbu orqanı olan 91 yaşlı “Yeni həyat” qəzetinin bütün çətinliklərə baxmayaraq bu gün də nəşr edildiyini, istər çap, istərsə də elektron media vasitəsilə oxucuları xəbər və maraqlı məlumatlarla təmin etdiklərini vurğulayıblar.

    ”Asiya.az” xəbər portalının Baş redaktoru Cəfər Cəfərov ölkəmizdə media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu diqqətə çatdırıb.

    Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Mürşüdova, kollecin tarix müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazim Əliyev, Masallı Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov media mənsublarına fəaliyyətlərində, qələm sahibi olan hər kəsə görəcəkləri işlərdə uğurlar arzulayıblar.














    Akif AĞAYEV.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ