Главная > Maraqlı > Masallıda “Sahibkarlığın güzəştli kreditləşməsi” mövzusunda tədbir

Masallıda “Sahibkarlığın güzəştli kreditləşməsi” mövzusunda tədbir


25-07-2023, 18:01. Разместил: admin44

25.07.2023-cü il tarixdə “Masallı Sənaye Məhəlləsi”nin inzibati binasında Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondunun birgə təşkilatçılığı ilə rayonun 30 yerli sahibkarı ilə görüş keçirilib.

Görüşdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.6.2-ci tapşırığının-İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması, eyni zamanda “Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı ilə bağlı çətinliklərin öyrənilməsinə dair görüş” mövzularında fikir mübadiləsi aparılmışdır. Həmçinin görüşdə İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional bölməsinin aparıcı məsləhətçisi Elvin Səfərli, Standartlaşma İnstitutunun regional bölmə rəhbəri Rəhim Babayev, Astara KOB dostu Seymur Murtuzayev, Bank Respublika ASC, Rabitəbank ASC, Azərbaycan Beynəlxalq Bank ASC və Kapital Bank ASC-nin nümayəndələri də iştirak etmişdir.  

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qonaqları salamlayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.6.2-ci tapşırığının-İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması bu gün keçirilən tədbirin əhəmiyyətini bir az da artırır. Masallı RİH rayonun iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarların artan rolunu nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər an onlara lazımi köməkliyi göstərməyə hazırdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın həm ÜDM-də, həm də  məşğulluqda payı xeyli dərəcədə artmışdır. Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılmışdır ki, bu da əsas etibarilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti əsasən qeyri-neft sektorunun inkişafına təkan verməkdədir.  

Sahibkarlığın İnkişafı Fondu İdarə Heyəti Sədrinin müşaviri Namiq Zeynalov çıxış edərək güzəştli kreditlərin şərtləri və onların verilməsi üzrə prioritet istiqamətlər olan qeyri neft sənayesi, kənd təsərrüfatı, logistik xidmət, anbar komplekslərinin yaradılması, rəqəmsal inkişaf və innovasiya, turizm, balıqçılıq və akvakultura və yaşıl layihələr barədə ətraflı məlumat vermişdir.

Fondun aparıcı mütəxəssisi Qəzənfər Səfərxanlı çıxışında statistik məlumatlar verərək bildirmişdir ki, 2023-cü ilin I yarımilliyində Lənkəran-Astara iqtisadi rayonu üzrə əsasən sənaye və kənd təsərrüfatı ilə bağlı verilmiş 4.1 milyon manat güzəştli kreditdən Masallıdan olan sahibkarlara 359500 manat kredit verilmişdir.  

Lənkəran regional koordinatorluğunun Masallı KOB dostu Cavad Əzizov görülmüş işlər barədə ətraflı məlumat vermiş, hər an sahibkarların yanında olduğunu, lazımi diqqət və qayğının göstərildiyini bildirmiş, bundan sonra da yaranacaq problemlərin həllində yaxından köməklik ediləcəyini onların nəzərinə çatdırmışdır.

Tədbirin sonunda sahibkarlarla müzakirə aparıldı və onları maraqlandıran suallar aidiyyəti üzrə cavablandırıldı.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад