Prezidentimizin çıxışı sanki dünyaya bir mesaj idi : "Qarabağ Azərbaycandır !” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezidentimizin çıxışı sanki dünyaya bir mesaj idi : "Qarabağ Azərbaycandır !”

    Prezidentimizin çıxışı sanki dünyaya bir mesaj idi : "Qarabağ Azərbaycandır !”


    Xalqını, dövlətini sonsuz məhəbbətlə sevən rəhbərin olması bir ölkə üçün ən böyük xoşbəxtlikdir. Zəmanəmizin dühası H.Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm” qiymətini alan prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

    "Əsl siyasət konkret, real iş görmədən ibarətdir"-deyərək ictimai fəaliyyətə başlayan rəhbər adını dünya diplomatiyasına və hərb tarixinə həkk etdi. İşğal altında olan torpaqlarımız dövlətimizin qarşısında duran əsas problem idi. Bu problemin həlli üçün təkcə vətənpərvər xalq, qüvvəli ordu kifayət etmirdi. Eyni zamanda güclü diplomatiya, uzaqgörən siyasət tələb olunurdu. Uğur qazanmağımızın, 44 günlük müharibə ilə bütün dünyaya səs salmağımızın başlıca səbəbi məhz güclü ordumuz və unikal keyfiyyətlərin daşıyıcısı olan rəhbərimizin olmasıdır. Problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyətinin yüksək olmasına dövlət başçısının bütün çıxışlarında, müsahibələrində şahidi oluruq. Buna örnək olaraq Azərbaycan respublikasının Prezidentinin iyulun 22-də Şuşaya "Euronews" televiziyasına verdiyi müsahibəni göstərmək olar. Müsahibə avqustun 1-də "Euronews" da yayınlanıb.

    Müxbirin 2020-ci ildəki sülh razılaşmasından sonra gərginliyin hələ də davam etməsini, daimi düşmənçiliyin nə ilə əlaqələndirirsiniz sualına prezident "Biz sülhə hazır idik və bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq.

     Biz 30 illik İşğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danisiqlar aparırıq  - deyə tutarlı cavablandırdı. Bundan əlavə Laçın dəhlizi, müharibədəki missiyamız, müharibə zamanı baş verənlər və s. bunun kimi suallar tam bir lider, ali baş komandan, diplomat, natiq kimi çıxış edərək bütün təfərrüatlarıyla əsaslı cavablarıyla erməni işğalçılarının iç üzünü dünyaya çatdırdı. Bu müsahibə böhtanlardan, yaratmaq istədikləri saxta görüntülərdən uzaq olduğunu, yalnız bizim onların uğrunda mübarizə apardığımızı və bu savaşda haqlı olduğumuzu yenidən dünyaya "Euronews" vasitəsilə çatdırdı.

    Müsahibədən sonra Prezident İlham Əliyev "Euronews"un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın
    tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.
    Bu məlumatlar qədim tarixə və mədəniyyətə sahib xalqın dəyərlərinə bağlılığının göstəricisi idi.Xalqın səsinin təmsilçisi olan Prezidentimizin çıxışı sanki dünyaya bir mesaj idi "Qarabağ Azərbaycandır!"




     
    Quliyeva Elnarə,    
    Masallı şəhər R.Cəfərov adına 6 nömrəli tam orta məktəbin  Dil-Ədəbiyyat müəllimi 




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    3. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    5. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    6. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    8. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    9. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    10. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    11. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    12. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    13. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    15. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    16. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    17. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    19. 09:23 “Bizim Əliş müəllim”
    20. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    21. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    22. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    23. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    24. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    26. 11:00 Kəlbəcər Azaddır! 
    27. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    28. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    29. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    30. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    31. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    32. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    34. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    35. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    37. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    38. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    39. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ