Главная > Maraqlı > On dörd heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb

On dörd heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb


18-08-2023, 20:20. Разместил: admin44

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 17-də aparılan monitorinqlər zamanı Bakı şəhəri, Zaqatala, Qobustan, Masallı və Salyan rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 inzibati tədbir görülüb, üç məntəqədə qanunsuz metal konstruksiyalar, bir məntəqədə isə yenidən bərpa olunan qurğu sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisi-alinir-17-avqust linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад