Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


25-08-2023, 20:53. Разместил: admin44

Möhtərəm cənab Prezident.

Mənim oğlum Masim Qurbanov İkinci Qarabağ müharibəsində iştirak etmiş və Qubadlı rayonunun geri qaytarılması uğrunda gedən döyüşlərdə igidliklə şəhid olmuşdur. Mən fəxr edirəm ki, oğlum Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Oğlum dövlətimiz tərəfindən “Vətən uğrunda”, “Şücaətə görə", "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə" orden və medalları ilə təltif edilmişdir.

Cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyərik. Sizin şəhid ailələrinə olan yüksək diqqətiniz sayəsində onları narahat edən məsələlər aradan qaldırılır, problemləri həll olunur və görürük ki, bu iş daimi nəzarətdədir. Yerlərdə daim şəhid valideynləri ilə görüşlər keçirilir, onların dərdləri ilə yaxından tanış olurlar. Şəhidlərin adlarının küçə və məktəblərə verilməsi, bu və digər şəkildə əbədiləşdirilməsi şəhid ruhuna olan hörmət və ehtiramdan irəli gəlir. Buna bariz nümunə olaraq, mənim oğlumun adına olan küçənin bu günlərdə abadlaşdırılmasını və yolun asfaltlaşdırılmasını göstərə bilərəm.

Möhtərəm cənab Prezident, görülən bu işlərə görə Sizə ailəm adından minnətdarlığımı bildirirəm.

 

Hörmətlə,

Qurbanov Hafiz Alxan oğlu,

Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid atası.

Azərbaycan Respublikası, Masallı rayonu, Ərəb kəndi.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад