Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin yüksək etimadını hər zaman doğruldub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin yüksək etimadını hər zaman doğruldub

    Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin yüksək etimadını hər zaman doğruldub


    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında gəncliyin rolunu hər zaman önə çəkir, gənc nəslin fiziki və mənəvi baxımdan sağlam, milli-vətənpərvər ruhda formalaşmasının, savadlı, ən müxtəlif sahələrdə dərin elmi biliklərə malik gənc kadrların yetişməsinin dövlət üçün son dərəcə önəmli olduğunu vurğulayırdı. Ulu Öndər dövlətin və xalqın gələcək taleyinin məhz gənclərdən asılı olduğunu daim diqqət mərkəzinə çəkir və bu gələcəyin parlaq və xoşbəxt olması üçün gəncliyin üzərinə müstəsna vəsifələr düşdüyünü hər zaman qeyd edirdi. 22 sentyabr 1993-cü il tarixində Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə keçirdiyi görüşdə Heydər Əliyev demişdir:

    “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.” Əlbəttə ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün gənc nəslə müvafiq şəraitin yaradılması da zəruri şərtdir. Bu baxımdan birmənalı olaraq demək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev gənclərin problemləri ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Eləcə də 1969-1982-ci illərdə, respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycanda yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılışını həyata keçirmiş, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına, müasir ixtisaslara yiyələnmələrinə şərait yaratmışdır.
           
    1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi: “Bu da bir tarixi həqiqətdir ki, 1988-ci ildən 1993-cü ilə qədər keçən dövr ərzində ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti demək olar ki, unudulmuşdu. Xüsusilə 1990-1993-cü illərdəölkədə formalaşmış qeyri-sağlam ictimai-siyasi vəziyyət xalqın, o cümlədən gəncliyin sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Bu vəziyyət yalnız 1993-cü ilin yayında, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkədə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dəyişdi.

    Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Ümummilli Lider Heydər Əliyev hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırılmasında ölkə gəncliyinin böyük potensialının reallaşdırılmasına şərait yaratmaq məqsədilə  müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ümummilli Liderimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu.
           Bu gün ölkəmizdə həyata keçirilən Gənclər siyasəti, bu sahədə atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Ulu Öndər hələ 1998-ci ildə, Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında çıxış edərkən demişdir:

     “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.” Azərbayvan gəncliyi Ümummilli Liderimizin bu yüksək etimadını da doğrultdu. Artıq üçüncü ildir ki, Azərbaycan qalib ölkə olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə ölkənin ərazi bütövlüyünü bərpa etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytardı. Əlbəttə ki, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Bu gün Azərbaycan dövlətinin yaratdığı geniş imkanlar sayəsində gənclik həqiqətən də cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri də dövlətin məhz sabaha, gələcəyə hesablanmış uğurlu siyasətinin göstəricisidir.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ