Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

    Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur


    Uzun illər dünya dövlətləri ilə beynəlxalq siyasətdən bəhs olunarkən əsasən Qərb ölkələri diqqət çəkmişdir. Halbuki Asiya qitəsi geosiyasi əhəmiyyətinə görə daha mühüm yer tutur. Azərbaycan Respublikasının xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli  əlaqələr , bu regionda yaradılmış müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətləri xüsusi bir istiqamət təşkil edir.
               
    Asiya ölkələri dedikdə,  xüsusilə Mərkəzi Asiya, türk  dövlətləri ilə əməkdaşlıqda həmişə ölkəmiz fəallıq göstərmişdir. Azərbaycanın bu istiqamətdə gördüyü tədbirlər başqa ölkələri də əməkdaşlığa səsləmişdir.
               
    Prezidentimiz İlham Əliyev demişdir: " Türk dövlətləri ilə əməkdaşlıq bizim üçün prioritet məsələlərdəndir". Hələ ulu öndər Heydər Əliyev  öz hakimiyyəti illərində bu ölkələrə etdiyi səfərlərdə türk dövlətlərinin birliyi, həmrəyliyi məsələsini vacib saymış, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının möhkəm təməlini qoymuşdur. Çünki Qazaxıstan,Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya xalqlarının dili, dini, adət-ənənə və mədəniyyəti bizə daha yaxın və oxşardır.
               
    Hazırda bu yolu prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Mərkəzi Asiya ölkələri arasında Özbəkistan-Azərbaycan əlaqələrini xüsusilə qeyd etmək lazımdır. İki ölkə arasında ikitərəfli əlaqələrin təməli 1995-ci ildə qoyulmuşdur. Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdir ki, bu iki ölkəni qədim tarix birləşdirir.İstər siyasi,istər mədəni, istərsə də iqtisadi baxımından hər iki ölkə üçün əlverişli addımlar atılmışdır. Bir çox ölkələrdə olduğu kimi Özbəkistanda da Azərbaycan səfirliyi fəaliyyət göstərir. Ölkələrimiz arasında səmimi dostluq münasibətləri var.
               
    Özbəklər də Azərbaycan xalqını həmişə sevmiş, mədəniyyətinə ,ədəbiyyatına maraq göstərmişdir. Hazırda Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində Heydər Əliyev Mərkəzinin fəaliyyət göstərməsi özbək xalqınıт türkün böyük oğluna olan böyük sevgi və hörmətinin bariz nümunəsidir. Özbəkistanda böyük şair dahi Nizaminin heykəli qoyulubsa, Bakıda da Əlişir Nəvainin heykəli ucaldılıb, əsərləri kütləvi tirajlarla çap edilib.Bununla yanaşı qardaş ölkənin  elm,təhsil ocaqları ilə müqavilələr imzalanıb.
               
    Azərbaycanla Ermənistan arasında olan münaqişədə Özbəkistan daim  Azərbaycanı dəstəkləmiş, müharibədən sonrakı dönəmdə də quruculuq işlərində fəallıq göstərmişdir. Qürurvericidir ki,azad olunmuş Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına məktəb binası inşa edilməkdədir. Mirzə Uluqbəyin adını daşıyan bu məktəbdə artıq öz doğma yurd-yuvalarına qayıtmış Füzuli sakinlərinin övladları təhsil alacaq.
                 
    Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Mətbuata verdiyi bəyanatında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, bu səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açacaq. Cənab Prezident həm də əmin olduğunu bildirdi ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və onu artırmaq lazım olacaq.
               
    Bundan başqa cənab Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə imzalanmış müqavilənin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu sənəd ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və gündəliyin kifayət qədər geniş olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda bu sənəd çox qlobal xarakter daşıyır və mahiyyət etibarı ilə gələcək fəaliyyətimizin yol xəritəsi olmaqla, özündə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret hədəfləri əks etdirir.
               
    Bütün bunlar onu göstərir ki ,bu iki ölkə arasında olan münasibətlər yüksək səviyyədədir. İnkişaf etməkdə olan Azərbaycan nəinki Özbəkistan, bütün onu dəstəkləyən ölkələrlə qardaşlıq münasibətlərini bu istiqamətdə davam edəcək.
                                   

                     
    Abbasova Sima,
    Masallı rayonu Şatıroba kəndi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ