Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir

    Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir


    İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
             
    Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu: "Demək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi adlı anlayış həyatımızdan silinib. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bununla da bölgəmizdə yeni siyasi və iqtisadi reallıqlar yaranıb. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu;
             
    Laçın yolu həm də Ermənistan üçün siyasi məzar oldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.”
               
    “Laçın” sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.Həmin təxribatlar bu gün də davam etməkdədir. Lakin sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
             
     Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir, İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addımın atılması deməkdir.
               
    Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.”
                 
     “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Çünki ərazi Azərbaycana aiddir və öz ərazisində istənilən məntəqənin yaradılması hər bir ölkənin, o cümlədən Azərbaycanın suveren hüququdur.

    Amma çox təəssüf ki, yenə də Ermənistan 30 il öncə olduğu kimi, bu məsələdə “humanitar böhran” bəhanəsi ilə manipulyasiya edərək bütün dünya ictimaiyyətinin diqqətini Laçındakı məntəqəyə cəlb etmək istəyirlər. Eləcə də orada yenidən əzilən, türklərin, müsəlmanların təzyiqindən əziyyət çəkən “yazıq erməni” toplumu görüntüsü yaratmağa çalışırlar. Ancaq bütün dünya ictimaiyyəti bu illər ərzində Qarabağda yaşayan bir milyona yaxın azərbaycanlının hansı zillətlər çəkdiyini, evindən-eşiyindən didərgin düşdüyünü, çadırlarda yaşadığını və bu gün də evinə qayıda bilməməsi məsələsində hələ də susqunluğunu göstərir. Əgər o dövrdə beynəlxalq aləm bizim 750 min azərbaycanlı qaçqının taleyinə biganə yanaşırdısa, hazırda bizim keçmiş məcburi köçkünlərimizin sayı artıq bir milyonu ötüb. Yenə də maksimum 50 min sayda erməninin hüquqları dünya ictimaiyyətinin gözünə bizim 1 milyon qaçqın insanımızın hüquqlarından daha üstün şəkildə çatdırılır. Təbii ki, bu, yolverilməzdir. Azərbaycan tərəfi dəfələrlə bunu aidiyyəti yerlərə, beynəlxalq təşkilatlara, həmçinin Ermənistan rəhbərliyinə israrla çatdırıb. Ancaq çox təəssüf ki, onlar bu təklifə adekvat cavab vermək əvəzinə, Ağdam yolu üzərində maneələr quraşdırır və özlüyündə həmin yolun açılmayacağını bəyan edirlər.
                 
    Lakin reallıq başqa şeydir. Bu gün Azərbaycanın heç bir hərəkətində qeyri-legitimlik yoxdur. Ermənilərə havadarlıq edənlər də bu reallığı başa düşür. Haray-həşir salmaqla Azərbaycanı güzəştə getməyə vadar etmək istəyirlər. Ancaq yanılırlar. Çünki kimin kim olduğu ortadadır. Azərbaycan 30 il bundan əvvəlki tək, gücsüz deyildir. Öz suveren hüquqları yolunda mübarizə aparan ölkəmizin güclü ordusu, sözünün eşidildiyi tribunası və İlham Əliyev kimi Lideri vardır.”



           
    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ