Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


31-08-2023, 13:49. Разместил: admin44

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Qırx dörd günlük Vətən müharibəsində göstərdiyiniz qətiyyətli iradəniz və əzmkarlığınız nəticəsində biz şəhid valideynlərinin qisasını mənfur ermənilərdən aldığınıza görə Sizə dərin minnətdarlıq və təşəkkür duyğularımı bildirirəm.

Cənab Prezident, Siz həmişə şəhidlərimizi yad edirsiniz və şəhid valideynlərini daim diqqətinizdə saxlayırsınız. Bu gün o diqqətin nəticəsidir ki, bizim Masallı rayonunda bütün şəhid ailələrinə daim lazımi diqqət və qayğı göstərilir. Bütün şəhid ailələri və valideynləri daim ziyarət olunur və bizim zəruri ehtiyaclarımız həll olunur. Mənim mərkəzi yoldan 300 metr aralıda olan yaşadığım evə gedən yola asfalt çəkilməsi buna nümunədir.

Buna görə də Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bu qoca yaşımda məni sevindirdiyiniz üçün Allahdan Sizi və ailənizi daim qorumasını arzu edirəm.

Hörmətlə,

Şiraliyev Qafil Adış oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Masallı rayonu, Alışanlı kəndi.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад