Главная > Maraqlı > Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycan xalqının inamla apardığı mübarizənin yekunu oldu
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycan xalqının inamla apardığı mübarizənin yekunu oldu31-08-2023, 23:30. Разместил: admin44 |
XX əsr Azərbaycan xalqının tarixində mübarizə əsri kimi qalmışdır.Azərbaycan dövləti XX əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş, lakin müvafiq şərtlərə görə ilk müstəqilliyinin ömrü cəmi 23 ay sürmüşdür.23 ay ömrü olan müstəqil Azərbaycan öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi.Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları-parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Həmçinin bir çox xarici dövlətlər tərəfindən tanınmır və onlarla diplomatik münasibətlər yaratmışdır.Lakin 1920-ci ildə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi respublikamızın ərazisini işğal etdi, qanunla seçilmiş hakimiyyət orqanını devirdi.Bununla da Azərbaycan xalqının böyük qurbanlar bahasına qurduğu dövlət,qazandığı müstəqillik sona çatdı. Sonralar SSRİ-təşkil olunduqdan sonra 70 il ərzində Azərbaycan Respublikasına qarşı müstəmləkəçilik siyasəti yeridildi, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar edilməyə, milli sərvətləri talanmağa başlandı.Hətta Azərbaycan xalqı çox ciddi təqiblərə məruz qalır, milli ləyaqəti tapdalanırdı. Artıq Azərbaycan xalq olaraq öz sözünü deməli idi.70 illik əsarətə son qoymaq üçün elə bir addım atılmalı idi ki,bu addımın qabağını heç bir qüvvə kəsə bilməsin.Məhz 1991-ci ildə tarixin keşməkeşli bir dövründə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı.Bu iclas zamanı o zaman Ali Sovetin deputatı seçilən Ulu Öndər Heydər Əliyev öz çıxışında müstəqillik məsələsinə toxunaraq 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi və bundan sonra Azərbaycanın yenidən müstəqilliyinin bərpası gündəmə gəldi və bunun həyata keçirilməsi üçün real addımlar atılmağa başlandı. 1991-ci ilin 30 avqust tarixi ölkəmiz üçün əlamətdar bir gün oldu.Həmin gün müstəqilliyə gedən yolun təməli qoyulmuşdu.Həmin gün “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycan xalqının inamla apardığı mübarizənin yekunu oldu. Bununla da Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə,Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və ”Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq Konstitusiya Aktını qəbul etdi və müstəqil Azərbaycanın dövlət , siyasi və iqtisadi quruluşunu təsis etdi. Lakin 1991-1993-cü illər ərzində hakimiyyətdə baş verən bəzi dəyişikliklər Konsitutsiya Aktının norma və prinsiplərinin pozulmasına gətirib şıxartdı.Nəhayət, 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Ulu Öndər hakimiyyətə gəldi.1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konsitutsiyasında da sözügedən Bəyənnamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı. Ş.Xəlilova "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |