4 oktyabr Cəbrayıl şəhəri günü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 4 oktyabr Cəbrayıl şəhəri günü

    4 oktyabr Cəbrayıl şəhəri günü

                 
    Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdi. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı.

    Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində  Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi. Həmçinin Azərbaycan Ordusu tərəfindən keçirilən cəza tədbirləri nəticəsində işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan Ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi Karen Babayan məhv edildi. Bununla da Cəbrayılın düşməndən tamamilə təmizlənməsiilə nəticələınən  qızğın döyüşlər daha da alovlandı. Demək olar ki, hər gün, bir va ya bir neşə kəndin azad olunması, düşmənin canlı qüvvəsinin və silah sursatının məhv olunması xəbərini eşidirdik.  Oktyabrın 18-də  Ermənistan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu. Az sonra  Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi —  “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar”.
                   
    Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə  bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

    Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

                                 

    Ceyhun Hüseynov,
    Masallı RMX, İƏ şöbəsi  




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    3. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    4. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    5. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    6. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    7. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    8. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    9. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    10. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    11. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    12. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    14. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    15. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    16. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    17. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    18. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    19. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    20. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    21. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    22. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    23. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    24. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    25. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    26. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    27. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    28. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    30. 09:23 “Bizim Əliş müəllim”
    31. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    33. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    34. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    36. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    37. 11:00 Kəlbəcər Azaddır! 
    38. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    39. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    40. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ