Главная > Maraqlı > Yaxın gələcəkdə təbii fəlakətlərin sayı artacaq
Yaxın gələcəkdə təbii fəlakətlərin sayı artacaq28-11-2023, 18:35. Разместил: admin44 |
Təəssüflər olsun ki, son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı iqlim dəyişmələri nəticəsində böyük itkilərlə üzləşir. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. U.Tağıyeva bildirib ki, alimlərin proqnozlarına görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada artacaq. Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi, dünya okeanının səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün ölkələr, bütün bəşəriyyət üçün böyük çağırışlara çevrilib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |