Masallıda Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib

    Masallıda Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib

     
    “DAHİ ÖMRÜ”
     
    Dekabrın 8-də Masallı rayonunda “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib.
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindəki tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova milli dövlətçiliyimizin banisi, müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalq qarşısında xilaskarlıq missiyası, misilsiz xidmətləri barədə çıxışlarında bildiriblər ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyilə Azərbaycan bu gün dünyada müasir və inkişaf etmiş dövlətə çevrilib: “Bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq gerçəkləşib...”

    Sonra Masallı Xalq Teatrının aktyoru Cəmaləddin Əliyevin, rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların, Masallı Dövlət Regional Kolleci tələbələri və Mollaoba kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin şərəfli həyat yoluna həsr olunan “Dahi ömrü” adlı tamaşa-kompozisiya nümayiş etdirilib.
     


    Akif AĞAYEV







    foto: Elsevər Əliyev.



    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    2. 09:07 Ərazi nümayəndəsinin tribunası
    3. 09:05 Allah rəhmət eləsin
    4. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    5. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    6. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    7. 13:52 Allah rəhmət eləsin
    8. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    9. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 10:25 Bələdiyyə sədri
    11. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    12. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    13. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    14. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    15. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    17. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    18. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    19. 14:35 Yeni şeirlər
    20. 10:59 Perspektivli idmançıların aşkarlanması
    21. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    22. 15:56 100 illik ömrün işığı
    23. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    24. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    25. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    26. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    27. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    28. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    29. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    32. 14:19 QANLI YANVAR
    33. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    35. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    36. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    37. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    38. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    39. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    40. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ