7 fevral seçkiləri Azərbaycanda formalaşmış xalq-iqtidar birliyinin növbəti böyük təntənəsi olacaq. » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 7 fevral seçkiləri Azərbaycanda formalaşmış xalq-iqtidar birliyinin növbəti böyük təntənəsi olacaq.

    7 fevral seçkiləri Azərbaycanda formalaşmış xalq-iqtidar birliyinin növbəti böyük təntənəsi olacaq.


    2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək ilk seçki olacaq. Bu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində əldə olunmuş tarixi Qələbəmizin təsbitidir, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Gələn il isə, artıq həmin torpaqların tarixi sakinləri yenidən öz dədə-baba yurdlarında səs verəcək, Prezident seçkilərində iştirak edəcəklər. Əlbəttə ki, bu, böyük bir xoşbəxtlik, sonsuz sevincdir. Bu xoşbəxtliyi isə, öz xalqına Ölkə Prezidenti cənab İlham Əliyev bəxş etmişdir.
           
    Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan ölkədə mövcud olan xalq-iqtidar birliyi sayəsində bundan sonra da biə qarşı yönələcək bütün təxribatların qarşısını almaq gücünə sahibdir: “Azərbaycan 2020-ci ildə apardığı və 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, növbəti üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar və nəhayət bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqlar yaratdı. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi, alternativsiz xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. Lakin hər zaman xatırlamaq lazımdır ki, Azərbaycanı vahid və güclü ölkə kimi görmək istəyən və buna ürəkdən sevinən dostlarımız kimi, uğurlarımızı gözü götürməyənlərin də sayı kifayət qədərdir. Məhz bu qüvvələr tərəfindən ölkəmizə qarşı hazırlana biləcək növbəti təxribatların qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar Prezident seçkiləri də məhz bu məsələnin daha böyük səmərəliliklə həllinə xidmət edəcək.
                   
    Həmçinin müsahibimiz növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən qərəzli fikirləri acizliyin və gücsüzlüyün bir təzahürü olduğunu qeyd edərək bunları deyib: “Hətta siyasətdən uzaq olan insanlar da bilirlər ki, növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş siyasi təcrübədir. Nəzərə alınmalıdır ki, bu qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Yəni, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Əgər hər hansı bir namizədin potensialı və elektoratı varsa, bu zaman seçkilərin keçirilməsi həmin şəxs üçün real fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı ifadə olunan istənilən narazılıq və iradlar yalnız qərəzli mövqeyin və siyasi acizliyin təcəssümü kimi dəyərləndirilməlidir. Eyni zamanda da növbədənkənar seçkilərin elan olunması Ölkə Prezidenti cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə tam əminliyinin ən bariz göstəricisidir. Əlbəttə ki, iki aydan sonra Azərbaycan xalqı da öz Prezidentinə, öz Ali Baş Komandanına sonsuz inam və etibarını bir daha nümayiş etdirəcək. Fevral ayında keçiriləcək növbədənkənar seçkilər Azərbaycanda formalaşmış milli birlik və həmrəyliyin növbəti böyük təntənəsi olacaq.



    Rusif  Kərimov,
    Viləşçay Su Anabrı İstismarı İdarəsinin rəisi




    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ