Azərbaycanın xarici siyasət strategiyası diqqətlə öyrənilir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın xarici siyasət strategiyası diqqətlə öyrənilir

    Azərbaycanın xarici siyasət strategiyası diqqətlə öyrənilir


           
    Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanda müşahidə olunan ciddi iqtisadi inkişafın əsasları, növbəti illər üçün müəyyən edilən istiqamətlər, regional əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı açıqlamalar yer almışdır. İlk növbədə dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın iqtisadi  inkişafının əsasında nə sanksiyalar altında olan Rusiya ilə bağlı proseslər, nə də Çin ilə biznes əlaqələri durmur. Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuşdur. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən cənab Prezident bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq.  
           
    Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, xüsusilə Avrasiya məkanında cərəyan edən hadisələrə getdikcə daha çox təsir imkanları əldə etməsi beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qalmır:  Bu diqqət və maraq özünü “Euronews”un müxbirinin verdiyi növbəti suallardan birində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Bu sualı cavablandıran cənab Prezident ölkəmizin beynəlxalq arenada strategiyası barədə konkret açıqlama verərək bildirdi ki, Azərbaycan bundan sonra da müstəqil siyasət yürütməyə davam edəcək. Qeyd edək ki, Azərbaycanın xarici siyasət kursu ilə aparıcı dünya dövlətlərinin maraqlanmaları təbiidir. Ölkəmiz artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Həmçinin Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin müsbət dinamikası var. Xüsusilə enerji layihələri ilə bağlı qeyd olunmalıdır ki, Avropa Azərbaycandan bu sahədə dəstək istədikdə ölkəmiz bu dəstəyi ən yüksək səviyyədə göstərmişdir. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Bütün bu məqamları öz açıqlamasında ətraflı qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəfləndiyini diqqətə çatdırdı.
           
     Sülh sazişinin imzalanması prosedurunun gecikməsi sırf Ermənistan tərəfinin vaxtı uzatması ilə bağlıdır. Dövlət başçımızın dediyi kimi, Ermənistan sentyabrın 11-də onlara təqdim olunmuş bir neçə səhifədən ibarət mətn layihəsini iki ay yarım ərzində nəzərdən keçirib. Bu da o deməkdir ki, rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyir. Buna görə də ilin axırına qədər sülh sazişinin imzalanması artıq mümkün görünmür. Cənab Prezident bir daha bildirdi ki, məhz Azərbaycan, işğaldan və etnik təmizləmədən əziyyət çəkən tərəf olmasına baxmayaraq, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə oldu. Bu gün Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha çox təşəbbüs göstərməlidir. Çünki Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amil də aradan qaldırıldı. Qeyd etmək lazımdır ki, məhz bu məqamı xüsusi vurğulamaqla cənab Prezident İlham Əliyev sanki Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu.


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstsimarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ