Главная > Maraqlı > Şəhidlər unudulmur, unudulmayacaq

Şəhidlər unudulmur, unudulmayacaq


2-02-2024, 11:59. Разместил: admin44

 Fevralın 1-də Masallı rayon Mərkəzi Kitabxananın Şərəfə kənd kitabxana filialı və Folklor evinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Qəhrəman İsmayılovun anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, hərbçilər, kəndin axundu və Q. İsmayılovun adını daşıdığı kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
 
  Şərəfə kəndində baş tutan tədbirdə ilk çıxış məktəbin direktoru Gülcan Kərimova bildirib ki, şəhid Qəhrəman İsmayılovun  timsalında Vətən uğrunda canlarını fəda edən bütün oğulların etdiyi fədakarlıq xalqımız üçün qiymətlidir. Bu gün hər birimizin ən böyük vəzifəsi torpaqlarımızı azadlığa qovuşduran igid Vətən oğullarının xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
 
 Sonra çıxış edənlər şəhidlərin döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hislərindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb.
 
Tədbirin gedişində şagirdlər şəhidləri tərənnüm edən şeirlər səsləndiriblər. Yekunda iştirakçılar Şərəfə kəndində şəhidlərin şərəfinə ucaldılan abidəni və şəhid
Q. İsmayılovun məzarını ziyarət ediblər.











"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад