Главная > Maraqlı > Tarixçi alim: “Yeddi fevral seçkilərinin Azərbaycan üçün tarixi əhəmiyyəti var”
Tarixçi alim: “Yeddi fevral seçkilərinin Azərbaycan üçün tarixi əhəmiyyəti var”2-02-2024, 22:41. Разместил: admin44 |
Tarixçi alim: “Yeddi fevral seçkilərinin Azərbaycan üçün tarixi əhəmiyyəti var” “Yeddi fevral prezident seçkiləri özündən əvvəlki seçkilərdən bir sıra səciyyəvi xüsusiyyətlərinə görə fərqlənir. Bu seçkilər ilk dəfə bütün ərazilərimizdə keçiriləcək. Azərbaycan öz suverenliyini tam bərpa edib, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanır. 7 fevral seçkiləri məhz bu möhtəşəm qələbənin fonunda unudulmaz tarixə çevriləcək”. Bu fikirləri secki-2024.az saytına Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib. Deputat bildirib ki, Azərbaycandakı mütərəqqi seçki qanunvericiliyi demokratik və şəffaf seçkilərin keçirilməsinə imkan yaradır: “Azərbaycan Konstitusiyası müvafiq olaraq hər bir vətəndaşa seçmək, seçilmək hüququ tanıyır. Seçicilərimiz bütün seçkilərdə öz iradələrini azad şəkildə ifadə edirlər və bu hüquqlarından istifadə edirlər. Şəhərlərdən tutmuş ən ucqar kəndlərə qədər bütün ərazilərdə yerləşən seçki məntəqələrində bütün şərait formalaşdırılıb. Seçkiləri müşahidə etmək üçün minlərlə müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in uzunmüddətli missiyası ölkəmizdə seçki ilə bağlı monitorinqlər aparır. Onlar bölgələrdə olurlar, seçki dairə komissiyalarında keçirilən treninqlərdə də iştirak edirlər”. Professor seçki prosesində namizədlərə yaradılan şəraitə və bərabər rəqabət imkanlarına da toxunub. O bildirib ki, bütün namizədlərə KİV-in imkanından istifadə etməklə seçicilərə müraciət imkanı verilib. “Bu seçkilərdə seçici fəallığının daha yüksək olacağını düşünürəm. Qarabağda qazanılan möhtəşəm qələbə seçkilərə marağın artmasında əsaslı rol oynayıb”, - deyə A.İsgəndərov əlavə edib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |