Əmin-amanlığa, xoşbəxt gələcəyə aparan seçkilər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əmin-amanlığa, xoşbəxt gələcəyə aparan seçkilər

    Əmin-amanlığa, xoşbəxt gələcəyə aparan seçkilər



    Özünün sürətli inkişaf tempini təmin edən Azərbaycan regionun tərəqqisində aparıcı rol oynayan ölkədir. Bu reallıq beynəlxalq miqyasda da açıq etiraf olunur. 30 il işğal altında qalan tarixi torpaqlarını öz gücü hesabına azad edən Azərbaycanın nüfuzu daha da artıb. Dünya miqyasında aparıcı söz sahiblərindən birinə çevrilən ölkəmiz regionda sülhün bərqərar olması, əmin-amanlığın yaradılması üçün səylərini əsirgəmir.

    2023-cü ilin sentyabrında öz suverenliyini tam şəkildə təmin edən Azərbaycan fevralın 7-də daha bir sınaqdan uğurla çıxdı. Ölkənin bütün ərazilərində növbədənkənar prezident seçkiləri keçirildi. Vətəndaşlarımız bölgələrdə də mütəşəkkil şəkildə bu seçkilərdə öz tarixi seçimini etdi.
    Masallı rayonunda növbədənkənar prezident seçkiləri yüksək işgüzarlıq, gözəl əhvali-ruhiyyə şəraitində keçir. Masallı şəhərindəki 5 saylı seçki məntəqəsində də bunun şahidi oluruq. Masallı Ziyalılar Cəmiyyətinin sədri, "Şərəf nişanı" ordeninə və "Tərəqqi" medalına layiq görülmüş Qardaş Fətullayev məntəqədə bizə yaxınlaşır. Seçki gününün sevincini bölüşərək deyir: "Bu seçkilərin əvvəlkilərdən fərqi çoxdur. Müstəqillik əldə etdikdən sonra ilk dəfə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası şəraitində növbədənkənar prezident seçkiləri keçirilir. Hər birimiz qalib dövlətin, xalqın nümayəndəsi kimi seçkilərdə iştirak edirik. Haqlı olaraq sevinir, fəxr edir, qürur duyuruq. Mən əhali arasında seçkilərə böyük maraq görürəm. İnanıram ki, seçkilərdən sonra ölkəmiz yüksək inkişaf və tərəqqi mərhələsinə daxil olacaq".

    Rayonun ərazisində 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı və 76 saylı Lənkəran-Masallı seçki dairələri üzrə 124 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə 115479 nəfər seçici vardır.

    73 saylı Masallı-Cəlilabad dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov bildirir ki, dairə üzrə seçicilərin sayı 52782 nəfərdir. 13 məntəqədə veb-kamera qurulub. Seçkiləri 607 nəfər müşahidəçi izləyir. Yeni Azərbaycan Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Qurtuluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Cəbhə Partiyasının hər birinin 49 nəfər müşahidəçisi, Əliyev Fuad Ağası oğlu və Oruc Zahid Məhərrəmin təşəbbüsü ilə hər biri tərəfindən 49 nəfər seçkilərin gedişini müşahidə edir.

    3 saylı seçki məntəqəsi Masallı şəhər 3 saylı tam orta məktəbin binasında yerləşir. Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Rayon ziyalısı Fəxrəddin Talıbzadə ilk dəfə olaraq seçicilərin şəxsiyyət vəsiqələrinin yeni, müasir avadanlıqlarla yoxlanıldığını, veb-kamera vasitəsilə seçkilərin izlənildiyini diqqətə çatdırır. Saat 15-ə kimi 1219 nəfər seçicidən 738 nəfərin məntəqəyə gəlib səs verdiklərini deyir. Məntəqə sədri ilk dəfə seçkilərdə iştirak edən Ləman Əlizadə və Elnur Əhədovu təbrik edir.

    ATƏT-in müşahidəçilərindən Alexander Deborah Lynn (ABŞ) və Abixan Abilay (Qazaxıstan) məntəqədə seçkilərin gedişini izləyib və razı qaldıqlarını bildiriblər.

    Kəlbəhüseynli kəndindəki 29 saylı məntəqədə nümunəvi şərait mövcuddur. Seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Məntəqənin sədri Vəfalı Paşayev 55 nəfərin ilk dəfə seçkilərdə iştirak etdiyini, xəstəliyi ilə əlaqədar 21 seçicinin mənzilinə daşınan seçki qutusunun aparıldığını deyib.

    74 saylı Masallı Seçki Dairəsi 58 məntəqəni birləşdirir. Dairənin sədri Loğman Şahbazov 49279 nəfər seçicinin qeydə alındığını, saat 15-ə kimi seçicilərin 66,68 faizinin səsvermədə iştirak etdiyini bildirir. Seçicilərdən 1020 nəfərin yaşı 80-100 arasındadır. Viləş kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Cənnət Teymurovun və Bədəlan kənd sakini Qızxanım Fətullayevanın yaşı bir əsrdən çoxdur.

    Seçki günü Bədəlan kənd sakini Rüfət Abdinovun, Sığdaş kənd sakini Könül Rəhmətovanın, Musaküçə kənd sakini Şahin Həsənovun və Birinci Yeddioymaq kənd sakini Nərgiz Abasovanın 18 yaşı tamam olub. Dairə sədri ilk dəfə səsvermədə iştirak edən gəncləri təbrik edib, xoş arzularını söyləyib.

    15, 22, 44 və 49 saylı məntəqələrdə də veb-kamera qurulub. Seçkiləri 778 nəfər müşahidəçi izləyir. ATƏT-in iki müşahidəçisi 8, 17, 31, 32 və 53 saylı məntəqələrdə seçkilərin gedişini izləyib, heç bir nöqsan və irad qeydə alınmayıb, - deyə Loğman Şahbazov bildirib.                                                                                                                                    
    Əlisəfa HƏSƏNOV,
     "Respublika".




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ