Главная > Maraqlı > Şəhid ailəsini ziyarət ediblər

Şəhid ailəsini ziyarət ediblər


22-02-2024, 16:28. Разместил: admin44

Fevralın 15-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin Ərəb kəndində Vətən müharibəsi şəhidi Cəbrayıl Baloğlan oğlu Qasımovun ailəsini ziyarət ediblər.

Ailə üzvləri ilə görüşdə kövrək xatirələr yad edilib, şəhidin ruhuna dərin ehtiram ifadə olunub. Qonaqlar həmçinin ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Sonra ailə üzvlərinə yardım bağlamaları təqdim olunub.

Qeyd edək ki, şəhid Cəbrayıl Qasımovun anası Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində çalışır.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад