Главная > Maraqlı > Masallıda bayram öncəsi yollarda təmir işləri

Masallıda bayram öncəsi yollarda təmir işləri


8-04-2024, 16:07. Разместил: admin44


Hər bayram olduğu kimi Ramazan bayramı öncəsi də rayonun bir çox ərazilərində təmizlik işləri ilə yanaşı abadlıq quruculuq işləri və yollardfa carı təmçir işləri aparılır.

Belə ki, rayonun Çaxırlı ərazisində Ərazi nüməyəndəliyinin təşkilatçılığı, bələdiyyə və kənd sakinlərinin dəstəyi ilə 3000 metr yola qreyder verilmiş və 200 metr yola şebel döşənərək yayılmışdır. Təklə ərazisində də Bələdiyyənin təşkilatçılığı ilə 1000 metr uzunluğunda kənd daxili yol kənd sakinlərinin maliyə dəstəyi ilə qreyderlə hamarlanaraq çınqıl döşənmişdir.

Bədəlan ərazi nümayəndəsinin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə I Qarabağ müharibəsi şəhidi Davud Qulamovun adına olan küçə cari təmir etdirilmiş, Bədəlan-Xanalion yolu qrederlə hamarlanmışdır.

Eyni zamanda rayonun Köhnə Alvadı ərazisində kənd əhalisinin dəstəyi ilə 260 metr uzunluğunda yola şebel döşənərək yayılmışdır.



"Yeni həyat" qəzeti,
www.yeniheyet az
шаблоны для dle 11.2
Вернуться назад