Главная > Maraqlı > Masallıda Ramazan bayramı sovqatı

Masallıda Ramazan bayramı sovqatı


7-04-2024, 23:00. Разместил: admin44

Masallı rayonunda ənənəvi olaraq Ramazan bayramı münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı paylanılır.

 Rayonun dövlət müəssisələri, özəl təşkilatlar və xeyirxah insanların birgə təşkilatçılığı ilə həssas sinifdən imtiyazlı olan və aztəminatlı ailələrə Ramazan Bayramı ərəfəsində  ərzaq və müxtəlif maddi yardımlar olunur.

 Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə, dövlət, özəl müəssisələrə və xeyirxah insanlara minnətdarlıqlarını ifadə etmişlər.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад