Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda

    Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda


    Şəhidin anadan olmasının 50 illiyinə həsr olunan tədbir
     
    Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Nağıyevin xatirəsi anılıb.
    Şəhidin anadan olmasının 50 illiyinə həsr olunan tədbir onun adını daşıyan Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində keçirilib.  

    “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, anım tədbirində şəhidin doğmaları ilə yanaşı rayon rəsmiləri, şəhid ailələri, ağsaqqal və ziyalılar, qəsəbə sakinləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Sonra çıxış edənlər 19 yaşında şəhidlik zirvəsinə ucalımış cəsur döyüşçünün qısa və şərəfli ömür yolundan, vətənpərvərliyindən, döyüş bacarığından danışıb, xatirələrini bölüşüblər.

    Bildirilib ki, İnqilab Şabala oğlu Nağıyev 16 aprel 1974-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1989-cu ildə qəsəbədəki N.Gəncəvi adına 1 nömrəli orta məktəbin 8-ci sinfini, 1992-ci ildə 137 nömrəli Masallı Texniki-Peşə Məktəbini bitirib.
    İ.Nağıyev 1992-ci ildə hərbi xidmətə çağırılıb. Bir müddət Lənkəran topçu polkunda təlim keçdikdən sonra Qarabağ bölgəsindəki qızğın döyüşlərə qatılıb. İgid eloğlumuz Laçın, Kəlbəcər, Ağdərə rayonlarının müdafiəsi zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaət göstərib.

    1993-cü il mart ayının 27-də cəsur topçu İnqilab Nağıyev Çərəkdar kəndinin müdafiəsi zamanı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Doğma Boradigah qəsəbəsində torpağa tapşırılıb.

    Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan natiqlər diqqətə çatdırıblar ki, 2023-cü il sentyabrın 20-də Müzəffər Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıdıb.
    Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, nəğmələr səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Sonda tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
     


    Akif VAQİFOĞLU








    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ