Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

    Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

                 
    Xəbər verdiyimiz kimi, mayın 7 Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Tərəflər “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
               
     Həmçinin Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Slovakiya baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
             
     “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. “Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
               
    Azərbaycanla Slovakiya arasında əməkdaşlığın istiqamətlərinə toxunan İ.Əliyev ilk olaraq enerji sahəsinin adını qeyd edib: “Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
               Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.
             
     Bu gün eyni zamanda ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.

    Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək".
               
    Slovakiyanın baş naziri Robert Fitso isə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının gərəkdiyini vurğulayıb: “Qarşılıqlı ticarət dövriyyəmizin həcmi çox aşağıdır. Bu, təxminən 70 milyon avrodan bir az çox təşkil edir. Aktiv balans Slovakiya tərəfindədir. Bu, maşınqayırma sənayesinə aiddir və bunun da təxminən 75-80 faizi Slovakiya avtomobil sənayesinin payına düşür. Səfərin hazırlanması zamanı təbii ki, bu, nəzərə alındı. Slovakiyada belə bir məsəl var: 10 işi eyni anda görə bilməzsiniz. Ona görə də cənab Prezidentlə bizim üçün vacib olan 3 əsas sahəyə diqqət ayırmağı razılaşdırdıq”.
               
    Slovakiya Azərbaycanla hərbi sənaye sahəsində də əməkdaşlıqda maraqlıdır: “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.
               
     Fitso Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya, oradan isə digər Avropa ölkələrinə nəqlini təklif edib: “Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq.



                             
    Ülvü Rufullayev,
    Binə Xocavar kəndi





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:36 Şəhid Röyad Məmmədovun şəhadətinin 5-ci ildönümü anıldı
    2. 16:35 Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası 
    3. 16:25 Masallıda “Şanlı və Qürurlu Zəfər Günü” adlı konfrans
    4. 15:34 Ədliyyə naziri Fərid Əhmədov Masallıda vətəndaşları qəbul etdi
    5. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    6. 15:23 Rayon rəhbəri Viləş kəndində şəhid abidələrini ziyarət etdi 07.11.2025
    7. 15:18 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 07.11.2025
    8. 14:26 Masallı Rayon Statistika İdarəsində  Zəfər Gününün 5-ci ildönümü qeyd edildi
    9. 14:20 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 5-ci ildönümü anıldı
    10. 14:19 Ərkivan qəsəbəsində  evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
    11. 14:13 Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
    12. 13:42 Məmmədoba kəndində şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənmişdir
    13. 13:40 Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
    14. 13:37 Rayon rəhbəri Tüklə kəndində şəhid məzarlarını ziyarət etdi
    15. 13:21 Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
    16. 13:11 Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
    17. 13:07 Azərbaycan Prezidentinə yazırlar
    18. 18:37 Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    19. 18:34 Masallıda mülki müdafiənin təşkili barədə tədbir
    20. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    21. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    23. 12:10 YENİ KİTABLAR         
    24. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    25. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    26. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    27. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    29. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    30. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    31. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    32. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    33. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    34. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    35. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    36. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    37. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    38. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    39. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    40. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ