Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirməkdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirməkdir

    Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirməkdir


    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
    Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.O, çıxışında ölkəmizə səfərə gələn dost Bolqarıstan

    Respublikasının Prezidenti Rumen Radevi salamlayaraq, onun ölkəmizdə rəsmi səfərdə olduğundan məmnun olduğunu bildirib.

    Dövlətimizin başçısı çıxışında bildirib ki, bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənədin , eyni zamanda, iki ölkə arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamənin imzalandığını xüsusilə qeyd etmişdir. Azərbaycan prezidenti çıxışında Bolqarıstan və Azərbaycanın 2015-ci ildən strateji tərəfdaş ölkələr olduğunu və bu illər ərzində əlaqələrimizin daha da sürətlə və uğurla inkişaf etdiyini,Bolqarıstan Prezidentinin budəfəki səfərinin bunun növbəti təzahürü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    O, çıxışında  Prezident Radevlə görüşlərinin müntəzəm xarakter daşıdığını, keçən il həm Prezident Radevin Azərbaycana, həm də özünün Bolqarıstana səfərlər etdiyini qeyd edib.”Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin”.

    Dövlətimizin başçısı çıxışında son vaxtlar ticarət dövriyyəsinin iki ölkə arasında bir neçə dəfə artdığını qeyd etmişdir. Cənab İlham Əliyev çıxışında təkcə təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracının artmaqda olduğunu ,keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazının Bolqarıstan bazarına nəql edildiyini bildirib.

    “Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.

    Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir”.
    Azərbaycan Prezidenti çıxışında Bolqarıstanın ,eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrildiyini ,hazırda Azərbaycan qazının Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edildiyini və  gələcəkdə bu ölkələrin sayının daha da artacağını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

    O,çıxışında Azərbaycanın tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş apardığını bildirib. “ Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm”.
     
    Dövlətimizin başçısı çıxışında  Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin tam başa çatdığını bildirib.O, çıxışında Bakı-Tblisi-Qars dəmir yol xəttinin ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihənin Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacağını qeyd etmişdir.
    Dövlətimizin başçısı çıxışında həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınmasının bizim münasibətlərimizin daha da gücləndirəcəyini bildirmişdir.
    Azərbaycan Prezidenti çıxışının sonunda demişdir:
    “Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir”.




    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    2. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    3. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    4. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    5. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    7. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    8. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    9. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    10. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 09:32 Nadir Ağayevin xatirə turnirində
    12. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    13. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    14. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    15. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    16. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    17. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    18. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    19. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    20. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    21. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    22. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    23. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    25. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    27. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    28. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    30. 09:19 Statistikanın əhəmiyyəti
    31. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    33. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    34. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    35. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    36. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    37. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    39. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    40. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ