Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik

    Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik


    1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Ona görə də, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizə qızıl hərflərlə yazılıb.
    Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ili tamam olur. Ötən illərdən fərqli olaraq dördüncü ildir ki, 28 May - Azərbaycanın müstəqilliyi gününü ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

    106 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu olub və xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cümhuriyyətin yaradılmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmmədəmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atıb. Həmçinin, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Xalq Cümhuriyyəti dövründə Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.

    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu qurularaq Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.

     Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi isə yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

    Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün Qarabağda üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir! Və bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, hərbçilərimizin qəhrəmanlığı sayəsində Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik.




    Yaqub Ələmov,
    YAP Masallı rayon təşkilatı Həsənli ərazi partiya təşkilatının sədr müavini


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    2. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    3. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    4. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    5. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    6. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    7. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    8. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    9. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    10. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    11. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    12. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    13. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    16. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    17. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    18. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    19. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    20. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    21. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    22. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    23. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    24. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    25. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    26. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    27. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    28. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    29. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    30. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    32. 09:23 “Bizim Əliş müəllim”
    33. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    34. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    35. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    36. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    38. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    39. 11:00 Kəlbəcər Azaddır! 
    40. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ