Xalqımızın tarixində və taleyində mühüm hadisə-Azərbaycan Xalq Cümhuriyyəti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalqımızın tarixində və taleyində mühüm hadisə-Azərbaycan Xalq Cümhuriyyəti

    Xalqımızın tarixində və taleyində mühüm hadisə-Azərbaycan Xalq Cümhuriyyəti



     Xalq Cümhuriyyətinin ərsəyə gəlməsi bir əsr əvvəl dövlətçiliyini itirmiş xalqımızın tarixində mühüm bir hadisə idi. Azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib olmuş, qədim dövlətçilik ənənələrini bərpa edərək, sivil dövlət təsisatlarının formalaşdırılmasına, hakimiyyətin hər üç qolunun-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu.

    1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə ola¬raq dünyəvi, parlamentli müstəqil demokratik respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranma¬sı xalqımızın o dövrdə və o illər ərəfəsində –XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qa¬baqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bütün bunların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdı.

    1918-ci ilin yanvarında Rusiya¬da çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş bolşevik-sovet hökuməti Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respub¬likanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.
    Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28- də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respub¬lika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.

    Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-da (1918) Tiflisdən Gəncəyə köçdü və sent¬yabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri erməni qaniçən S.Şaumyan başda ol¬maqla bolşevik-daşnak qüvvələrin ixtiyarında idi. İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qu¬rulan Müvəqqəti hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirdi. İyu¬nun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

    1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu yaradılmağa başlandı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. Gene¬ral Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.

    Lakin 23 aydan sonra erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan Parlamenti aprel ayı¬nın 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etməyə məcbur edildi.
    Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaran¬ması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bü¬tün Müsəlman Türk Dünyası üçün çox əlamətdar hadisə idi. Çünki Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi. Azərbaycan xalqının milli azad¬lıq hərəkatı nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın tarixində və taleyində mühüm hadisə idi.

    Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz hökuməti, parla¬menti, milli ordusu və pul vahidi olan demokratik respublikaya, beynəlxalq münasibətlərin işti¬rakçısına və beynəlxalq hüququn subyektinə çevrildi. Azərbaycan xalqının milli azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demok¬ratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli ar¬zusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin verdi.



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ