Biz qaz və neft sərvətlərini müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Biz qaz və neft sərvətlərini müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik

    Biz qaz və neft sərvətlərini müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

    Cənab Prezident qeyd edib ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olunub. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı mövcud idi.

    Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri və sair.

    Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” nin imzalanması ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq.

    Neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq;Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik; İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun  yaradılmışdır.




    Tural Sadıqov,
    Masallı Gənclər Evinin metodisti
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    2. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    3. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    5. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    7. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    8. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    10. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    11. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    12. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    13. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    14. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    15. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    16. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    17. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    18. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    19. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    20. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    21. 13:11 “Heydər Əliyev irsi gənclərin gözü ilə” təqdimat müsabiqəsi 
    22. 13:10 “Heydər Əliyev və qlobal liderlik: beynəlxalq arenada Azərbaycanın yeri” mövzusunda dəyirmi masa təşkil olunub
    23. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    24. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    25. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    26. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    27. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    28. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    29. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    30. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    31. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    32. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    33. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    34. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    35. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    38. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    39. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    40. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ