Bir çox abituriyentin arzusu Qarabağ Universitetində oxumaqdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bir çox abituriyentin arzusu Qarabağ Universitetində oxumaqdır

    Bir çox abituriyentin arzusu Qarabağ Universitetində oxumaqdır


    Qarabağ Universiteti təhsil alacaq tələbələr üçün bir çox güzəştlər tətbiq edir. Artıq bir çox abituriyent təhsil almaq üçün məhz Qarabağa üz tutacağını bildirir.

    Qarabağ Universitetində təhsil almaq istəyənlərdən biri də Səma Sadıqzadədir. O, Masallı rayon Xıl Kəndi Əli Bəylərbəyov adına tam orta məktəbin 11-ci sinif şagirdidir. Səmanın hədəfi hüquq fakültəsində oxumaqdır.

    Qarabağ Universitetinin gələcək tələbəsi olacaq Səma ilə müsahibəsini təqdim edir.

     - Səma, abituriyentlərin bir çoxu ali təhsilini paytaxtda davam etdirməyi düşünür. Bəs, səndə Qarabağ Universitetində təhsil almaq istəyi necə yarandı?

    - Qarabağda oxumaq ideyasını atam təklif etdi, mən də düşündüm ki, niyə də olmasın. Bir qədər araşdırdıqdan sonra gördüm ki, həqiqətən də çoxlu güzəştləri olan universitetdir. Bu məsələdə atam çox böyük dəstəkçimdir.  Ümumiyyətlə mən Qarabağ Universitetinin prestijli təhsil müəssisəsi olacağını düşünürəm, çünki həm yeni fəaliyyətə başlayacaq, həm də işğaldan azad olunan torpağımızda yerləşir. Bu səbəblərə görə Bakıdakı prestijli universitetlərdən heç də geri qalmayacaq, əksinə daha da üstün olacağına inanıram. Arzum orada hüquq ixtisasında təhsil alıb, gələcəkdə faydalı, ədalətli hüquqşünas olmaqdır. Məncə, Qarabağda oxumaq mənim və bir çox abituriyentin arzusudur.

    - Hüquqşünaslıq prestijli ixtisas olduğundan hər zaman keçid balı digərlərindən fərqlənir. Siz də artıq XI sinfi bitirirsiniz. İmtahanlardan nə qədər bal toplamısınız?

    - Buraxılış imtahanından 246,5 bal toplamışam. Blok imtahanının etalon cavablarına əsasən isə təxmini ümumi balımın 500-dən çox olacağını düşünürəm. Bizim rayonda buraxılış imtahanından 200-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirirlər. Bu görüşlərdə də universitetlər barədə məlumatlar verirlər. Qarabağ Universiteti barədə bilmədiyim bütün faktları da məhz orada öyrənirəm. Tələbələr üçün çox yaxşı imkanlar, güzəştlər tətbiq edilib. Notbuk, dövlət sifarişli təhsil, təqaüd, yataqxana və s.

    -Ətrafınızda Qarabağ Universitetində təhsil almaq istəyən şəxslər var?

    - Bəli, var. Lakin universitet uzaq olduğuna görə bəzi valideynlər var ki, narahat olurlar.

     - Ali təhsil  aldıqdan sonra Azərbaycanda, yoxsa xaricdə işləməyi düşünürsünüz?

     - Öz vətənimə xidmət etmək istəyirəm. Xaricə sadəcə tətil məqsədilə gedərəm. Hətta ola bilər ki, təhsil aldıqdan sonra Qarabağda qalaraq, işləyim.





    MÜƏLLİFİ: Sİfayə Abbas



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ