Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


12-06-2024, 20:11. Разместил: admin44



Salam möhtərəm Prezident!

Sizin, Vətənimiz Azərbaycana və xalqımıza göstərdiyiniz diqqət və qayğı bir yaşlı ana kimi məni çox qürurlandırır. Sizin tapşırıq və göstərişləriniz əsasında, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi xeyli yaxşılaşdırılıb. Elə bu günlərdə qəbulda olduğum dövlət qurumunda mənə göstərilən köməyə görə bu məktubu yazıram. Həm Sizə, həm də Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşlara layiqli xidmət göstərən şəxslərə öz dərin minnətdarlığımı bildirirəm.

Mənim oğlum Vətən müharibəsi veteranıdır. O, müharibədə könüllü iştirak etmişdir. 44 günlük Vətən müharibəsinin hər gününü həyəcan içərisində keçirmişəm, hər gün, hər saat cəbhədən və oğlumdan xoş soraqlar gözləmişəm. Şükür Allaha, sonda bizə Qələbə müjdəsini verdiniz. Sizin mükəmməl Ali Baş Komandanlığınız, yaratdığınız birlik, xalqımızın Vətən sevgisi, şəhidlərimizin qəhrəmanlığı, şanlı Ordumuzun qüdrəti sayəsində Qarabağ işğaldan azad olundu. Bütün bunlara görə mən bir daha Sizə təşəkkür edirəm.

Hörmətlə,

Meysaba Aslanova

Azərbaycan Respublikası, Masallı rayonu, Abasbəyli kəndi.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад