Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyi

    Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyi


    Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı səslənmiş olan firkirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Sözsüz ki, bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, dövlətimizin Başçısının fikirlərinə mühüm önəm verməsi, Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir.Cənub Qaz Dəhlizinin önəmi bir daha beynəlxalq aləmin diqqətinə çatdırıldı. Vurğulandı ki, bu, hazırda dünyanın böyük ehtiyac duyduğu qarşılıqlı əməkdaşlığın bəhrəsidir, eyni zamanda, Azərbaycanın böyük layihələri uğurla reallaşdırmaq iqtidarında olduğunu göstərir.

    Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı da Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib. Ümumiyyətlə, işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Düşünürük ki, bağlantı layihələrindən də böyük həcmdə mənfəət əldə olunacaq.

    Prezident İlham Əliyev müsahibəsində qeyd edir ki,Azərbaycanın daxilində risklər yoxdur. Ölkəmizin çox sabit siyasi sistemi, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.

    Prezident İlham Əliyevin Bakıda keçiriləcək COP29-la bağlı sualına cavabında səsləndirdiyi “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır” kimi fikirlərin ölkəmizin yaşıl enerjiyə keçidə verdiyi önəmin və bu istiqamətdə reallaşdırılan layihələrin, o cümlədən bərpaolunan enerji sahəsində görülən işlərə əsaslandığını qeyd edib. Bildirib ki, Azərbaycan ənənəvi enerji mənbələri ilə zəngin ölkə olmasına baxmayaraq, bu sərvətdən düzgün istifadə etməyə nail olub, gələn gəlirləri müasir dövrün tələblərinə uyğun sahələrə yönəltməyi bacarıb. Son zamanlar yaşıl enerjiyə keçidlə bağlı layihələr üzrə imzalanan müqavilələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

    Bu gün Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə Azərbaycan Avropanın enerji təchizatında aparıcı rol oynayan ölkəyə çevrilib, ona etimad artıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan təbii qazını almaq istəyən Avropa ölkələrinin sayı durmadan artır. Bunun üçün yeni interkonnektorlar da inşa olunur. O qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir.





    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ