Главная > Maraqlı > Masallıda “26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir

Masallıda “26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir


25-06-2024, 22:04. Разместил: admin44

“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və aidiyyəti qurumların iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
   
 Tədbirin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin olunması, gənc nəslin narkomaniya və psixotrop maddələrin zərərli təsirləri barədə maarifləndirilməsi, onlar arasında narkotik vasitələrin yayılmasının qarşısının alınması və sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur.
     
Tədbir çıxışçıları gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyyə etdi.
         
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.











"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад