Главная > Maraqlı > Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib3-07-2024, 10:55. Разместил: admin44 |
Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb. Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində tibbi elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib. Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb. Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |