Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır

    Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır



    “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” adlı ikinci panel sessiya keçirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
    Şuşada keçirilən qlobal Forumun adının "Yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə" adlandırılması təsadüfi deyildi. Çünki dezinformasiyanın və manipulyativ informasiyanın, yalan məlumatların nə qədər təhlükəli bir məsələ olduğunu Azərbaycan uzun illər öz üzərində hiss edib. Buna qarşı mübarizənin nə qədər aktual olduğunu yaxşı bilirik. Bu zərərli tendensiyanın qarşısının alınması, obyektiv gerçəkliyə əsaslanan informasiya mühitinin formalaşması üçün belə forumların keçirilməsi olduqca aktualdır.

    Çox sevindiricidir ki, dezinformasiyaya qarşı mübarizə kimi mühüm aktual bir mövzunu məhz Azərbaycan aktuallaşdıraraq yenidən dünyaya təqdim edir. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemində mövcud olan qlobal siyasəti dəyərləndirərkən səsləndirdiyi bir ifadə çox əhəmiyyətli idi. Dövlət başçısı dedi ki, "siyasətdə artıq siyasətdən başqa hər şey var". Bu ifadə hazırkı siyasi münasibətlərin keyfiyyətinin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli idi

    Prezident İlham Əliyev qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün mətbuat agentliklərinin başlıqlarında bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı.

    Prezident İlham Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə işin nəticəsində biz bu amillərlə mübarizə apardıq. Biz çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir.

    Sessiyada dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, dezinformasiyanın yayılmasının müxtəlif media platformaları və növlərindən asılılığı, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha fəal rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır.

    Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.





    Amil Məmmədli,
    Masallı rayonu
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:19 QANLI YANVAR
    2. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    4. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    5. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    6. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    7. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    8. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    9. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    10. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    11. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    12. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    13. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    14. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    16. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    17. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    19. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    20. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    21. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    22. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    23. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    24. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    25. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    26. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    27. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    28. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    29. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    31. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    32. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    33. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    34. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    35. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    36. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    37. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    38. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    39. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    40. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ